Dünyanın ən bahalı almazı
On milyon dollardan artıq qiyməti olan əntiq 29.6 karatdır
DUYĞU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Cənubi Afrikada növbəti epidemiya
“Şistosomiaz” çirklənmiş su mənbələri vasitəsilə yayılır
-
Cənubi Afrikada qətliam kimi cinayət
İki bara hücum nəticəsində 19 nəfər ölüb
-
«Petra Diamonds» şirkəti Cənubi Afrikanın paytaxtı Pretoria şəhərinin yaxınlığında yerləşən Cullinan almaz mədənində tapılan almazın dünyada ən çox axtarılan və nadir tapıntılar sırasına aid edib. Vaxt.az xəbər verir ki, Şirkət 3,106 karat ilə bu günə qədər tapılan en böyük mavi almaz olan əntiqin işləndikdən sonra hər karatının 2 milyon dolardan satısa çıxarılacağını bildirib.
Bu mədəndə sonuncu dəfə 2013-ü ildə tapılan 25.5 karatlıq belə bir almaz o zamanın ən fantastik qiymətinə 16.9 milyon dollara satılmışdı. 2008-ci ildə tapılan ve «Yusifin ulduzu» adı verilən bir başqa biri isə 9.49 milyon dolara satılmışdı. «Petra Diamonds»a məxsus Cənubi Afrikada yerləşən «Cullinan» və həmin qitənin başqa bir ölkəsi Tanzaniyadakı «Villiamson» mədənlərindən çıxarılan qiymətli daşlar İngiltərənin paytaxtı Londonda yerləşən və Britaniyanın kral ailəsinin yaşadığı Bukinhem Sarayında (Buckingham) saxlanılır. Bu almazlar dünyanın ən nadir və qiymətli daşları hesab olunur.