vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVTO  
00:11 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Su nasosunda qısaqapanma təhlükəsi

BMW ABŞ-da 720 mindən çox avtomobili geri çağırır

ELŞAD

Alman avtomobil istehsalçısı BMW-nin qısaqapanma səbəbilə 720 min 796 avtomobili geri çağırdığı bildirilib. ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında bu addımın 2012-2018 model avtomobillərə tətbiq olunacağı bildirilib.

Açıqlamada bu avtomobillərdə su nasosunda düzgün bağlanmayan elektrik birləşmə hissəsinin suya məruz qalaraq qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib.

Açıqlamada dilerlərin 720 min 796 avtomobildə su nasosunu və fiş konnektorunu pulsuz yoxlayacaqları, lazım gələrsə dəyişdirəcəkləri və qoruyucu sipər quraşdıracaqları bildirilib.

Açıqlamada qeyd edilib ki, oktyabrın 4-dən geri çağırılan avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.

Bu ayın əvvəlində BMW, həddindən artıq istiləşməyə və ya nadir hallarda yanğına səbəb ola biləcək mühərrik nasazlığına görə Birləşmiş Ştatlarda 100 mindən çox, keçən həftə Çində isə 1,3 milyondan çox avtomobili geri çağırıb.