vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
13:52 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Harrisin “radikal marksist” atası

Respublikaçı namizəd Donald Trampın adaşı ABŞ siyasətini yerdən-yerə vurur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da prezident seçkilərinə az qaldığı bir vaxtda Demokratların namizədi Kamala Harrisin şəxsi həyatı da gündəmdədir. Maraqlıdır ki, Harrisin atası, iqtisadiyyat professoru Donald Harrisin heç vaxt kampaniya tədbirlərində görünməməsi və keçmişdə ABŞ siyasətini sərt tənqid etməsi diqqət çəkib.

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərində demokratların ümidi olan vitse-prezident Kəmalə Harrisin ailə həyatı da gündəm olub.

Məlum olub ki, Harrisin 86 yaşlı atası Donald Harris çox yaxında yaşasa da, heç vaxt Ağ Evə getməyib. Harrisin atasının qeydlərə daxil edilməməsi və ata ilə qızın son illərdə bir yerdə görünməməsi diqqət çəkib.

Kamala Harris daha əvvəl Yamaykalı iqtisad professoru atası ilə çox da yaxın olmadığını bildirsə də, Demokrat Partiyasının son qurultayında atasının ona “qorxmaz olmağı” öyrətdiyini söyləyib.

ABŞ-da respublikaçıların və demokratların hakim olduğu siyasi quruluşu tənqid etməsi ilə tanınan Donald Harris 1960-cı illərdə akademik dairələrdə “radikal marksist” kimi tanınırdı.

Sonrakı illərdə Yamayka hökumətinin iqtisadi müşaviri də işləyən Harris, qızının siyasi karyerasında heç vaxt görünməyib.

1963-cü ildə Hindistan əsilli xərçəng tədqiqatçısı Şamala Qopalanla evlənən Harris, uşaqlığından bu evlilikdən dünyaya gələn iki qızdan biri olan Kamala ilə enişli-yoxuşlu ata-qız münasibəti yaşayıb.

Bob Marlinin də doğulduğu yer olan Yamaykanın “Browns Town” şəhərində böyüyən Donald Harris Londonda təhsil alıb və Kaliforniya Universitetində doktorluq dərəcəsi alıb. Stenford kimi nüfuzlu institutlarda dərs deyən Donald Harris Kamala beş yaşında olanda həyat yoldaşından ayrılıb.

Kamala Harrisin siyasi gedişlərini bəzən üstüörtülü şəkildə tənqid edən Donald Harris mətbuata açıqlamasında “Bu siyasi komediyadan uzaq durmağa qərar verdim” deyib.