vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
23:14 | 6 aprel 2014 | Bazar Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəhşətli günlərdən 20 il ötür

Ruandada soyqırımın ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ruanda hökuməti Fransanın 20 il bundan əvvəl Hutu militantları tərəfindən təxminən 800 min tutsi və hutusun qətlə yetirildiyi soyqırımda Fransanın “birbaşa rol” oynadığı fikrini bir daha təkrarlayıb.

Bazar günü Kiqalidə hadisələrin 20 illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfransda Ruandanın Xarici İşlər naziri Luiz Muşikivabo Fransanın soyqırımda rolu olduğunu deyib.

Xarici işlər nazirinin açıqlamaları Fransa və Belçikanın soyqırıma siyasi hazırlıq görülməsində “birbaşa rol” olduğunu deyən Ruanda prezidenti Pol Kaqamenin sözlərilə üst-üstə düşür. Ruanda prezidentinin açıqlamaları Fransanın bu həftə keçiriləcək tədbirlərdə iştirakdan imtina etməsi ilə nəticələnib.

Fransa soyqırıma görə hər hansı şəkildə məsuliyyət daşıdığını inkar edərək, bu ittihamların iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdiyini bildirib.

BMT-nin Baş katibi Ban Ki Mun da daxil olmaqla, beynəlxalq liderlərin 20 il bundan əvvəl hadisələrlə əlaqədar tədbirlərlə qatılacağı gözlənilir.