
ABŞ böhranın kənarında
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Əvvəl partlayış baş verib, sonra atışma olub
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
Kreml Moskva görüşü təklifini xatırlatdı
İran valyutası rekord həddə ucuzlaşdı
Trampdan kütləvi ixtisarla hədələdi
İranın nüvə proqramı barədə nə bilirik?
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
ABŞ administrasiyası “Shein” və “Temu” kimi platformalardan aşağı qiymətli yüklərin idxal rüsumları və emal rüsumları ödəmədən ABŞ-a daxil olmasına imkan verən tənzimləmədən sui-istifadə hallarının artması fonunda tədbir görüb.
Ağ Evdən verilən açıqlamada xüsusilə Çinin qurduğu e-ticarət platformaları tərəfindən “de minimis” olaraq bilinən kiçik məbləğlərə tətbiq edilən azadlığın əhəmiyyətli dərəcədə artan sui-istifadəsi səbəbiylə yeni addımların atıldığı bildirilib.
Açıqlamada, son 10 ildə azad edilməsi tələb edilən göndərişlərin sayının ildə təqribən 140 milyondan 1 milyarda yüksəldiyi və bu artımın ABŞ-ın ticarət qanunlarına, səhiyyə və Təhlükəsizlik tələblərinə, əqli mülkiyyət hüquqlarına, istehlakçıların qorunması qaydalarına və ölkəyə gələn qeyri-qanuni və ya təhlükəli daşımaların qarşısının alınmasını çətinləşdirdiyi qeyd edildi.
Bəyanatda deyilir: “Birləşmiş Ştatlara daxil olan “de minimis” azadlığı iddia edən yüklərin əksəriyyəti Çində qurulmuş bir neçə e-ticarət platformasından qaynaqlanır”.
Açıqlamada bildirilib ki, bu, ölkədəki istehlakçıları risk altında qoyur, işçiləri və müəssisələri zəiflədir və ABŞ bazarına daha ucuz qiymətə paketlər olan tekstil və geyim kimi böyük həcmdə aşağı dəyərli məhsulların idxalı ilə nəticələnir. ABŞ-a 800 dolların digər idxallara görə daha az yoxlama ilə girdiyi istisna daxilində vergi və rüsumlara tabe olmadığı xatırladılıb.
Bəyanatda, “de minimis”dan sui-istifadəni dayandırmaq üçün ABŞ Konqresini sözügedən istisnanı yenidən gözdən keçirməyə çağırılıb.
Açıqlamada, “de minimis” idxal həcmlərinin azaldılması və bu daşımalarda məsuliyyətin artırılması üçün yeni qaydaların dərc ediləcəyi, beləliklə, bəzi məhsullara rüsumsuz azadlığın tətbiq edilməyəcəyi bildirilib.
Bəyanatda həmçinin Konqresi idxala həssas məhsulların, o cümlədən tekstil və geyim məhsullarının minimis istisnasından xaric edilməsi üçün tədbirlər görməyə çağırılıb.