

BMT baş katibi DƏP əməkdaşının öldürülməsini pisləyib
... Yaxud dünya siyasəti dalana dirənib
BMT nümayəndəsi İrandakı qadın fəallara qarşı münasibəti kəskin tənqid edib
Susayan Haiti lideri Fils suyu küpdən içib
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
Dünya liderlərini bir araya gəlib
BMT-nin baş katibi Quterreş: “Veto hüququnu bəyənmirəm”
BMT: “Yanlış hesablama ödəyə bilməyəcəyimiz nəticələr doğura bilər”
ABŞ administrasiyasından Çin e-ticarət platformalarına zərbə
Qurumun nizamnaməsində dəyişiklik gözlənilir, iki Afrika ölkəsinə vetosuz daimi üzvlük təklif ediləcək
Quterreş “Gələcəyin Zirvəsi” ərəfəsində qlobal institutları islahat etməyə çağırıb
Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkənin qandonduran hesabatı
İqlim dəyişikliyi probleminin elmi tapıntılara əsaslanan həll yolu
BMT ekspertləri İranın 2024-cü illə bağlı statistikasını açıqlayıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş islahatlara çağırışını təkrar edərək, çoxtərəfli qurumların bugünkü reallıqlara uyğunlaşdırılmalı olduğunu bildirib.
Quterreş 21 sentyabr Dünya Sülh Günü öncəsi BMT-də keçirilən “Sülh zəngi mərasimi”ndə çıxış edib.
BMT-nin mövcudluğunun səbəbinin sülh olduğunu xatırladan Quterreş, “ancaq sülh təhdid altındadır, müharibə isə artmaqdadır. Güllələr və bombalar Yaxın Şərqdən Sudana, Ukraynadan başqa yerlərdə yayılır, insanları öldürür və yaralayır. Cəsədlər qalaqlanır, cəmiyyətlər sarsılır, binalar xarabalığa çevrilir”.
Geosiyasi bölünmələrin, bərabərsizliyin və dezinformasiyanın da artdığını bildirən Quterreş, yeni texnologiyaların insanları nəzarətsiz şəkildə silahlandırdığına diqqət çəkib.
Sözügedən problemlərlə mübarizə aparmaq üçün beynəlxalq qurumların “daha yaxşı mövqedə” olması lazım olduğunu müdafiə edən Quterreş, 22-23 sentyabr tarixlərində keçiriləcək “Gələcək Zirvəsi”nin bu kontekstdə mühüm fürsət təşkil etdiyinə diqqət çəkib.
Bu sammitdə “islahat və dirçəliş” prosesinin başlana biləcəyini deyən Quterreş, “İkinci Dünya müharibəsi dövrü yerinə çoxtərəfli qurumları bugünkü reallıqlara uyğunlaşdırmalıyıq”, – deyib.
BMT-nin baş katibi BMT-nin mənzil-qərargahının bağçasında sülh zəngini çalaraq “sülh mədəniyyətinin” inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.