vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
13:23 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 1329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Talibana sarsıdıcı zərbə

Pakistan ordusu 15 terrorçunu və xeyli sursat anbarını məhv edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Pakistan ordusunun havadan zərbələri nəticəsində radikal silahlı qruplaşmanın azı 15 üzvü öldürülüb. ANS PRESS xəbər verir ki, bu barədə «Associated Press» agentliyi Pakistan hərbi komandanlığına istinadən xəbər verir. Aviazərbələr Əfqanıstanla sərhəd yaxınlığındakı Tirax dərəsi ərazisinə endirilib.


Pakistan hərbçiləri reydlər zamanı 9 silah-sursat anbarının da məhv edildiyini bildiriblər.

Zərərsizləşdirilənlərin «Taliban» hərəkatının üzvləri olduğu ehtimal edilir.

Döyüşçülərin mövqelərinə havadan zərbələr «Taliban» hərəkatı Kəraçi hava limanına hücuma görə məsuliyyəti öz üzərinə götürdükdən bir gün sonraya təsadüf edib. «Taliban» 30 nəfərin öldüyü həmin hücumun hərəkat liderinin öldürülməsinə görə qisas olduğunu bəyan edib.