vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AVROPA  
09:32 | 18 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 1948 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada 880 min qul var

Quldarlıq müxtəlif formalarda hələ də davam etdirilir

milli.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Meksikada quldarlıq 19-cu əsrin əvvəllərindən ləğv edilsə də, bu ölkədə hələ də bir çoxları kölə şəraitində yaşayırlar. Bu yaxınlarda məcburu əməyə tabe edilən 275 adam xilas edilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, regional prokuror Salvador Qonzalesin bildirdiyinə görə, insanlara yaxşı məvacib, şərait və uşaqları üçün təhsil vəd edilir. "Bu insanlara gündə 100 peso, yəni 8 dollara yaxın maaş vəd edilir. Cəlbedici görünür. Lakin onlar işə başladıqda fərqli vəziyyətlə üzləşirlər. 8 saatdan çox işləyir, lakin 100 peso almırlar'.'
Rəsmilərin bildirdiyinə görə, tora düşən bu insanların çoxunun məvacibi vauçerlərlə ödənir. Bu vauçerlərlə qiymətlər inflyasiyanın ən yüksək səviyyəsi ilə tətbiq edilir. Buna baxmayaraq, onlar işlərini tərk etmək kimi bir imkana malik deyillər. İşçilərdən biri Alexandro Akosta belə fikrə düşənlərin qəddarcasına cəzalandırıldığını bildirir. "Bizə çox pis münasibət göstərilir. Onlar bizə borclarını ödəməlidir. İşdən imtina edənlərə nə yemək, nə də su verilir. Burada işləməyə, zibil toplamağa, yerləri süpürməyə, tualet təmizləməyə məhkumsan. Bu, ədalətsizlikdir".
İşçilərdən biri qaçmağa nail olub. Səlahiyyətli nümayəndələri vəziyyətlə məhz o xəbərdar edib.
5 nəfər qanun pozuntuları və cinayətkarlıq ittihamı ilə məsuliyyətə cəlb edilib. İttihamlar arasında azadlığın qeyri-qanuni şəkildə boğulması və insan alveri də yer alır.  
2007-ci ildə Mavritaniya köləliyə rəsmən son qoyan sonuncu ölkə olub. İnsan haqları müdafiəçiləri isə ildə 32 milyard dollara başa gələn quldarlığın müxtəlif formalarda hələ də davam etdirildiyini bildirirlər.
Fransa, Almaniya, İtaliya, İrlandiya, Latviya, Hollandiya, Polşa, İspaniya və İsveç kimi 9 Avropa ölkəsində 880 min insan məcburi əməyin qurbanıdır.