vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
16:12 | 6 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Masada olmasan, menyuda olacaqsan”

Vuçiç: “Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim”

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Albaniyanın paytaxtı Tiranada Avropa İttifaqı – Qərbi Balkanlar Sammiti keçirilib. Zirvəyə son anda qatılmağa qərar verən Serbiya prezidenti Aleksandr Vuçiç sessiyadan əvvəl jurnalistlərə açıqlamalar verib. Zirvəyə ölkəsinin mövqeyini qorumaq üçün qatıldığını qeyd edən Vuçiç, “Tirana Aİ və regional liderlərin fikirlərini öyrənmək və Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim. Masa arxasında olmaq hər zaman yaxşıdır. Orada yoxsansa, menyuda olacaqsan”.

Zirvəyə ölkəsinin mövqeyini qorumaq üçün qatıldığını deyən Serbiya lideri sammitin Serbiyanın maraqlarını müdafiə etmək üçün yaxşı fürsət yaratdığını bildirib və əlavə edib ki, o, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Avropa İttifaqı ilə Serbiya arasında cari məsələləri müzakirə edib.

Kosovo Baş naziri Albin Kurtinin Serb millət vəkillərinin razılığı olmadan seçkilərdə ən az səs toplayan Nenad Rasiçi nazir təyin etməsinə reaksiya verən Vuçiç Tiranada keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlamış, daha sonra qərarına yenidən baxacağını demişdi.

Sammit çərçivəsində Serbiya prezidenti Vuçiçin İtaliyanın baş naziri Qorgia Meloni, Hollandiyanın baş naziri Mark Rutte, Belçikanın baş naziri Aleksandr De Kroo və Fransa prezidenti Emanuel Makronla danışıqları nəzərdə tutulub.