vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 fevral 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
10:08 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada kripto dələduzluq

7 ölkənin polis sisteminin birgə işi 17 min qurbana 2.5 milyard ziyan vuran şəbəkəni ifşa edib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada 200 minə yaxın insanı kripto pul fırıldaqçılığına qurban edən şəbəkə 7 ölkənin polis qurumlarının birgə səyi nəticəsində ifşa edilib.

“El Pais” xəbər verir ki, İspaniya polisi 3 milyon e-poçtu incələyərək İspaniya, Almaniya və İtaliyadakı investorları hədəf alan 470 veb-saytı və onları dəstəkləyən zəng mərkəzini, texnologiya platformasını və şirkətləri aşkar edib..

Təkcə İspaniyada qurbanların sayının ən az 17.000 olduğunu təyin edən polis, istifadə etdiyi adları və sxemləri daim dəyişən şəbəkənin fırıldaqçılıq yolu ilə dünya üzrə təxminən 2,5 milyard dollar qazandığını təxmin edib.

Avropa İttifaqı ölkələrinin məhkəmə-tibbi ekspertiza əməkdaşlıq agentliyi “Eurojust”un koordinasiyası ilə şəbəkənin çökdürülməsi üçün Albaniya, Bolqarıstan, Gürcüstan, Şimali Makedoniya və Ukraynada reydlər keçirilib və bir çox şübhəli şəxs saxlanılıb.

İspan hüquqşünas Mauro Cordan rəqəmsal pul kisəsi oğurlanan 20 qurbanı təmsil etdiyini və 80 yaşlı müştərinin 800.000 avro itirdiyini söyləyib: “Bu təşkilatlar ilk dəfə İsraildə və Şərqi Avropada yaranıb. Tədricən bir-birləri ilə əlaqə qurdular. Bu böyük və bir-biri ilə sıx əlaqəli təşkilatlar indi hər zaman yeni veb-saytlar və şirkətlər açıb bağlayırlar”.

İspaniyanın aparıcı futbol klublarından olan “Sevilya”nın sponsoru olan və Cənubi Kiprdə “ICC Intercertus Capital”da qeydiyyatdan keçmiş “EverFX” brendi də araşdırmanın hədəfindədir. Böyük Britaniya hakimiyyəti keçən il “ICC” şirkəti və “EverFX brendi” ilə ticarəti qadağan etdi.

“El Pais” yazıb ki, şirkət indi “Harindale” adıyla “Oryx Group” daxilində fəaliyyət göstərir.

İspan səlahiyyətliləri məlumatına görə, “xarici valyuta, kriptovalyuta, əmtəə və digər maliyyə aləti investorlarını hədəfə aldığı düşünülən 470 çox şübhəli veb saytı ilə axtarış sistemi qurulub”.

Albaniya və Gürcüstanda keçirilən basqınlarda tutulan şübhəlilərin dövlət rəsmiləri və siyasi partiyalarla da yaxın əlaqələri olduğu iddia edilib.

Karlos adı ilə açıqlama verən zərərçəkmiş “Başa düşmürəm bu necə oldu” deyərək, 4 il əvvəl “Facebook”da bir elana klikləyəndə yaranan fırıldaqdan danışıb. Əvvəlcə cəmi 250 avro yatırdığını, ard-arda edilən zənglər və qazanacağına inamla yatırdığı məbləğin 60 min avroya yüksəldiyini izah edən Karlos, pulunu çəkmək istədiyi zaman saytda bütün məlumatların və qrafiklərin saxta olduğunu öyrəndiyini söyləyib.