vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
14:06 | 28 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 1654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaz qəliz şeydir

Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi

İlham ŞABAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Qaz mövzusu ətrafında daim həm məstedici, həm də qorxunc fikirlərin səslənməsini normal qəbul edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də bəyan etdi ki, Türkiyə ilə qazın tranzitinə dair razılıq hələ əldə edilməyib.

Soruşa bilərsiniz ki, nə razılıqdır bu? Axı, 2013-cü ildə Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyə üzərindən nəqlinə dair saziş imzalanmışdı. Düzdür. Amma həmin saziş 10 milyard kubmetr qazın nəqlinə dair idi.

Əlavə qaz həcmləri üçün Türkiyə ilə tranzit nəqletməyə dair yeni Saziş gərəkdir. Bunun danışıqları hələ davam edir. Azərbaycan tərəfi əlavə 10 milyard kubmetr qazın nəqlinə dair Sazişin müddəalarını razılaşdırır.

Prezident Əliyev ADA Universitetindəki çıxışında bəyan edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra 10-dan çox ölkə Azərbaycan qazını ya almaq, ya da aldıqları həcmləri artırmaq üçün rəsmi Bakıya müraciət ediblər.

Bəs hansı ölkələrdir bunlar? Bu günə mənim üçün məlum olanlar sırasında Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Rumıniya, Macarıstan, Serbiya, Monteneqro, Xorvatiya, Moldova var.

Əsas sual: bəs Azərbaycanda resurs varmı? Təbii ki, bu qədər ölkənin arzusunu həyata keçirəcək resurs asan məsələ deyil. Amma Azərbaycan 18 iyul 2022-ci ildə Avropa İttifaqı ilə imzaladığı və götürdüyü öhdəliyi (Avropaya nəql etdiyi qaz həcmlərini 2 dəfə artırmaq) yerinə yetirmək gücündədir.

Həmin öhdəliklərlərlə bağlı KİV-lərdə əsasən təhrif edilmiş məlumatlar verilir. Söhbət qaz həcmlərindən gedir. Avropa Komissiyasının rəsmi səhifəsində 2027-ci ildə ötən ilki göstəricilərdən 2 dəfə çox artımdan söhbət açılır, yəni 2021-ci ildə Azərbaycanın Avropa bazarında 8 milyard 153 mln kubmetr qaz satışı olmuşdusa, deməli bunun 2 misli – 16,3 milyarda qədər artırılması nəzərdə tutulur. Amma orada minimum sözü də var. Yəni Azərbaycan bundan daha çox qaz verə bilər. AK-nın açıqlamasında tutaq ki, 20 milyard kubmetr həcmə çatmaqla bağlı hansısa zaman öhdəliyi yoxdur.

İndi gələk lazımi qaz resurslarına. Real qaz resursu bazası “Abşeron” yatağının Faza-2 layihəsi olmalıdır. Bu layihə çərçivəsində təsdiq edilmiş ehtiyatları Fransanın “Totalenergies” şirkəti 2012-ci ilin iyulunda açıqlanıb (350 milyard kubmetr) və təqribən 7 il sonra qiymətləndirmə quyusu qazıldıqdan sonra həmin ehtiyatların ilkin qiymətləndirmədən az olmadığı təsdiq edilib.

“Abşeron-1” layihəsi çərçivəsində 45 milyard kubmetr qazın Azərbaycanın daxili bazarına yönəldilməsi nəzərdə tutulur. Yerdə qalan həcmlər nəzəri-praktiki baxımdan ixraca yönəldilməlidir. Yəni 2028-ci ildən “Abşeron-2” layihəsi üzrə qaz hasilatı başlanılsa, demək 30 il müddətinə ortalama onun ehtiyatlarından tam yararlanmaq olar, yəni 2058-ci ilə qədər. Əgər nəzərə alsaq ki, Layihə gücünə çıxarmaq üçün təqribən 3 il zaman gərək olacaq və 20 il sonra hasilatın azalma dövrü başlaya bilər, bu o deməkdir ki, “Abşeron” kimi yatağın resurslarından Azərbaycan hardasa 2070-ci ilə qədər faydalana bilər.

İkinci real böyük qaz resursu - “Azəri-Çıraq-Günəşli” neft blokunun dərin qatlarında yerləşən təbii qaz laylarıdır. Azərbaycan tərəfi onun ehtiyatlarının 200 milyard kubmetr ətrafında olduğunu bildirir. Amma qiymətləndirmə quyusu qazmadan bu həcmlərin artıb azalacağı haqda fikir yürütmək o qədər də düzgün olmazdı. Məsələn, Şahdəniz yatağı açılandan sonrakı ilk beşillikdə elə hesab edilirdi ki, bu yatağın 600 milyard kubmetr həcmində ehtiyatı var, sonra 2 dəfə artdı (AÇG-dəki kimi). Amma indidən bir şey aydındır ki, konservativ yanaşma ilə AÇG-dən ilinə 4-5 milyard kubmetr qaz hasil etmək problem olmayacaq.