Serbiya üçün unikal şans
Əliyevin Belqrad səfəri və Qərb-Rusiya qovğasının yaratdığı pərdəarxası məqamlar
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dunayda batmış gəmi tapılıb
Nasist Almaniyasının Qara dəniz hərbi donanmasına aid imiş
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Serbiyanın “pasport” siyasəti fiaskoya uğradı
Kosovo vətəndaşları AB-yə vizasız daxil olacaqlar
-
Serbiyanın “pasport” siyasəti fiaskoya uğradı
Kosovo vətəndaşları AB-yə vizasız daxil olacaqlar
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Viçiç üçün geri sayım başladı
Serbiya ilə AB arasında Rusiya gərginliyi!
-
“Masada olmasan, menyuda olacaqsan”
Vuçiç: “Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim”
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
Prezident İlham Əliyev Serbiyaya səfər edərək həmkarı Aleksandr Vuçiçlə təkbətək və geniş tərkibdə görüşlər keçirdi.
Əliyevin səfəri Azərbaycandan Avropaya qaz marşrutlarının diversifikasiya edilməsində və bununla Rusiyanın regiondakı enerji bazarlarından sıxışdırılıb çıxarılmasında maraqlı olan ABŞ, Böyük Britaniya və Avropa İttifaqı triosu üçün perspektiv fürsətlərdir.
2008-ci ildə qaz və neft sektorlarını Rusiya şirkətlərinin ixtiyarına verən, eyni zamanda Avropa Birliyinə daxil olmağı qarşısına məqsəd qoyan Serbiya belə ziddiyyətli siyasət blokunu kəsişən qlobal maraqlar platformasına ayaqlaşdırmaq istəyirdi.
Serbiyada Rusiyaya aşırı pərəstişkarlıq var və Ukraynada müharibə başlayandan sonra bu simpatiyanın təzahürləri Avroatlantik məkan üçün daha təhlükəli hal almağa başlayıb.
Qərbin qavrayışına əsasən, Serbiya əsasən iki istiqamət üzrə təhdidləri körükləyir.
1. Serbiya Kosovanın müstəqilliyini tanımır, onu hələ də özünün bir ərazi subyekti kimi görür və Rusiya-Ukrayna müharibəsi fonunda Avropada yeni münaqişə ocağı qalanır.
2. Serbiya Bosniya və Herseqovinanın ərazisi olan Serb Respublikasındakı serblərin hüquqlarını müdafiə adı altında millətçilik hisslərini qabardır.
Qərb üçün ən təhlükəli tərəf isə Serbiyanın Moskva episentrli ideyalarla meydana atılıb münaqişələri diriltmək cəhdidir.
Serbiyanın “qazını” almaq üçün ən optimal variant onun Rusiya qazından asılılığını azaltmaqdır, bu, özünü Avropa İttifaqında görmək istəyən Serbiyanın özü üçün də unikal şansdır.
Serbiya Azərbaycan qazı vasitəsilə Rusiyadan olan asılılıq dərəcəsini azaltmaq üçün Yunanıstan-Bolqarıstan interkonnektorunu həyati əhəmiyyətli marşrut kimi görür, lakin bu, Rusiyanın Serbiya bazarlarındakı dominantlığını hələlik şübhə altına qoyan ixrac həcminə malik deyil.
İstənilən halda, Azərbaycanın Avropa bazarlarındakı ixrac həcmini genişlətməklə bağlı öhdəliyi icra olunur və Qərb tədrici proseslərlə Rusiyanı oyundan kənarda tutmaq üçün əlindən gələni edir.
Üstəgəl Azərbaycanın hansı mənbələr hesabına qaz bazarlarındakı ehtiyacları dolduracağı da aktualdır, hərçənd ki, Bakı hər necə olursa-olsun öz öhdəliklərinə sadiqlik nümayiş etdirəcək.
İlham Əliyev Azərbaycanla Rusiyanın yeni razılaşması fonunda məharətli oyunçu olmaq qabiliyyətini göstərir.
Azərbaycan Moskva ilə imzalanan yeni sənədə əsasən, bu ilin noyabrın 15-dən Rusiyadan qaz tədarük edir və mümkündür ki, bununla daxili tələbat üçün yaranacaq riskləri aradan qaldırır.
Azərbaycanın daxili tələbatı ödəmək üçün ikinci mənbəyi Türkmənistan qazıdır və lazım olan miqdarı (1.5-2 milyard kubmetr) İran üzərindən idxal edir.
Lakin Azərbaycanla İran arasında yaranan gərginliklər həmin marşruta risk yarada və Tehran müvafiq sazişdən çıxa bilər.
Ona görə də, Azərbaycan ehtiyat variant kimi Rusiya ilə energetika sahəsindəki əməkdaşlığı format edərək ona yeni “proqram” yükləməyə nail oldu.
Ancaq Qərb Rusiyanın hiyləgər davranmaq təcrübəsinə istinad edə bilər, çünki Moskva öz qazının Azərbaycan üzərindən Avropaya satılmasında maraqlı tərəf olmaq qabiliyyətinə malikdir.
İlham Əliyevin Aleksandr Vuçiçlə görüşlərinin fonu məhz qeyd etdiyimiz enerji amilləri ilə rənglənir və görünür ki, Moskva da Serbiyanı əldən buraxıb onu rəqiblərinə yem etmək istəmir.
Rusiya Qərbin idealları əsasında yaranan enerji dəhlizlərini sabotaj etmək üçün müxtəlif vasitələrə əl atacaq, lakin Vuçiç bilir ki, Azərbaycanın Moskva ilə yaxşı əlaqələri Kremlin müəyyən ambisiyalarını müvəqqəti də olsa təxirə sala bilər.
Qurulan platforma və Əliyevin səfəri zamanı Azərbaycanla Serbiya arasında imzalanan bir-sıra sənədlər iki ölkənin ərazi bütövlüyünə də hörmətlə yanaşması ideyalarını davam etdirəcək.
Strateji tərəfdaşlıq Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Serbiyanın dəstəyini qazanması üçün əla zəminlərdir, üstəgəl iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da gündəlikdə özünə yer tutacaq.
Əliyev-Vuçiç danışıqları Balkan yarımadasını xüsusi həssaslıqla strateji süzgəcindən keçirən Türkiyə üçün də önəmlidir.
Ankara Balkan yarımadasında münaqişə qazanlarının qaynaması riskində Serbiyanın mövqeyini diqqətdə saxlayır, regionun sabitliyinin daha çox Serbiyadan asılı olduğunu başa düşür.
Bu baxımdan Ankara Serbiyanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir ki, Belqrad gələcəkdə Rusiya mərkəzli oyunlarda yer almasın.