vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:50 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1035 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Luqanskda döyüş qızışır

Ukrayna ordusu silahla və separatçılarla dolu 2 yük maşınını məhv edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Luqanskda Ukrayna ordusu silahla və separatçılarla dolu 2 yük maşınını məhv edib. ANS PRESS-in məlumatına görə, bu barədə hərbi ekspert Dmitri Timçuk açıqlama verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından Luqanskın Roskoşnoe və Georgiyevka rayonlarında ordu qüvvələri ilə separatçılar arasında qızğın döyüşlər başlayıb. Ordu tərəfdən itkilərin olmadığı bildirilir.

«Luqansk hava limanı mühasirəyə alınıb. Mühasirədə olan separatçılar «Qrad»larla ordu qüvvələrini atəşə tutub. Bundan başqa Staraya Krasnyanka kəndində də güclü döyüşlər gedir. Separatçılar dayanmadan hərbçilərin blokpostlarını atəşə tutur. Son döyüşlərdə ordu itki verməyib. Lakin separatçıların iki silah, separatçı dolu yük maşını məhv edilib», deyə Timçuk bildirib.