vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:59 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 2093 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kadırovun qardaşı da Ukraynaya girdi

Onlarla rus desantçısı tutuldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Avrasiya İttifaqı ölkələrinin prezidentlərinin Minskdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü ərəfəsində rəsmi Kiyev Rusiya ilə sərhəddə onlarla rus desantçısının zərərsizləşdirildiyini, onlardan bir qrupunun əsir götürüldüyünü bəyan edib. Virtualaz.org xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti desantçıların silahları və sənədləri ilə birlikdə ələ keçdiyini açıqlayıb. Ancaq hələlik bu barədə heç bir sübut təqdim edilməyib.

Açıqlamada deyilir ki, Donetsk vilayətində antiterror qüvvələri Rusiya diversantlarının bir qrupunu zərərsizləşdirib. Açıqlamadan belə çıxır ki, zərərsizləşdirmə deyəndə qrup üzvlərinin ələ keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, Rusiyanın hava-desant qoşunlarının Svir diviziyasının 331-ci polkunun 10 hərbçisi əsir götürülüb. Əsirlər bildiriblər ki, onları ötən şənbə günü dəmir yoluyla Rostov vilayətinə dislokasiya ediblər. Gecə saat 3 radələrində desantçılar həyəcan siqnalı ilə ayağa qaldırılıb və hərbçilərə onlarla BMD-dən (desantın döyüş maşını) ibarət kolonun tərkibində yürüş əmri verilib.

Desantçıların komandirlərinə kolonun Ukrayna ərazisinə girəcəyi barədə bildirilib, ancaq sıravi əsgərlərə bu haqda heç nə deyilməyib. Desantçıların bildirdiyinə görə onların valideynləri övladlarının Dağıstanda xidmət etdiyini düşünür.

Ukrayna mənbələri xəbər verir ki, hərbi kolon Rusiya bayraqları altında Ukraynaya daxil olub. Onlara Donetsk ətrafında öldürülən rus hərbçilərinin və muzdluların cəsədlərini, habelə yaralıları Rusiya ərazisinə çıxarmaq üçün «təhlükəsiz dəhliz» yaratmaq əmri verilib. Kiyevdəki mənbə bildirib ki, həmin kolonda Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı Salman da olub.