vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:05 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 1405 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın seçimi Ohanyandır

Köçəryanınsa taleyi Sarukyandan asılıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən bir ay əvvəl Ermənistanın hazırkı və sabiq prezidentləri Serj Sərkisyanla Robert Köçəryan müdafiə naziri Seyran Ohanyanın 2018-ci ildə dövlət başçısı postuna namizədliyi məsələsini müzakirə ediblər. Bu barədə «Aykakan Jamanak» qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Sərkisyan Köçəryana konstitusiyada dəyişiklik edilməsindən asılı olmayaraq böyük ehtimalla Ohanyanın hakimiyyətin namizədi olacağı barədə məlumat verib.

Köçəryanın sözlərinə görə, Ohanyan onun üçün əlverişli namizəd ola bilər. Lakin bu zaman o, 2018-ci il seçkilərində iştirak etməyəcəyinə dair heç bir zəmanət verməyib.

Nəşr yazır: «Məsələ burasındadır ki, əgər Çiçəklənən Ermənistan Partiyası və onun lideri Qaqik Sarukyan Köçəryanı dəstəkləsə, o, öz namizədliyini irəli sürəcək. Amma əgər bu partiya seçkilərdə Qaqik Sarukyan da daxil olmaqla başqa namizədlə iştirak etməyi qərar alarsa, onda Köçəryan Seyran Ohanyanın namizədliyini dəstəkləyəcək» («Trend»).