
“Bizə dəyməyin, dəyməyin”
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
... Və ya “böyük rus mədəniyyəti”nin arxasında gizlənən gerçək rus vəhşiliyi...
Cəbhəyə “babalar” göndərilir
Rusiya ərazisində bütün qeyri-ruslara qarşı etirazlar baş qaldırır
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
İmperiya təkcə siyasi xəritədən silinməyəcək
Tətil kompleksinin açılışını ruslar edəcək
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşünün mənası odur ki, Kreml əvvəlki kimi baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir”. Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya səfiri Kremlin təlimatını yerinə yetirib: “Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri adətən müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb, REAL Hərəkatının və ya Müsavat Partiyasının ofisinə gedib bu siyasi qurumların liderləri ilə fikir mübadiləsi aparıb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Köçəryanın ofisində 1 saat onunla fikir mübadiləsi aparır”.
Politoloq Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən biri olan Robert Köçəryanı Kreml üçün əziz siyasətçi sayır: “Belə olmasaydı, Rusiya prezidenti Vladimir Putin neçə ay əvvəl həbsxanada olan Köçəryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı, baş nazir Rusiya səfirinin Köçəryanla budəfəki görüşünə də sussa, demək ki, dəhşətli dərəcədə Kremldən çəkinir. Elə Köçəryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı + Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır. O ki qaldı, bizə Köçəryana dəstək verən zehniyyət heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməz”.