... Aİ, yoxsa Aİİ?
Ermənistanda qutudan kim çıxacaq ...
14:42 | 28 sentyabr 2022 | Çərşənbə
Məqaləyə 1852 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bir neçə gün əvvəl vəd verdiyi kimi İrəvanda mətbuat konfransı keçirib. Köçəryan hazırkı vəziyyətin Ermənistan və Qarabağ erməniləri üçün ağır olduğunu etiraf edib. Keçmiş prezident onu da etiraf edib ki, bölgədə Ermənistanın rolu xeyli azalıb, əsas söz sahibi Türkiyə və Azərbaycandır. Köçəryanın bir başqa etirafı Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgədə rolunun və Azərbaycana təsir imkanlarının azalmasıyla bağlıdır.
Robert Köçəryan “bəs çıxış yolu nədir” sualına cavab verə bilməyərək, əvvəlcə hakimiyyətə yiyələnməyin vacib olduğunu bildirib. Ancaq bunun çıxış yol olmadığını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib. O Ermənistan üçün çıxış yolunun Qarabağ məsələsinin unudulmasından, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişlərinin imzalanmasından keçdiyini bildirib. Köçəryan Levon Ter-Petrosyanın bu yanaşmasını qəbul etməsə də, hakimiyyətə gəldiyi halda vəziyyətdən çıxış yolunu göstərə bilməyib. Buna baxmayaraq, Köçəryan “itirilmiş torpaqları geri qaytaracağıq” şüarını səsləndirməyə də risk etməyib. Çünki Köçəryan da anlayır ki, Ermənistan indi o halda deyil ki, Azərbaycana nəsə diktə edə bilsin. Köçəryan təklif edib ki, Ermənistan İranla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirsin. Köçəryanın fikrincə, bu Azərbaycanın Qərbi Zəngəzur istiqamətində irəliləməsinin qarşısını ala bilər. Köçəryanın sözlərinə görə, Tehran belə bir təlimlərlə bağlı bir il əvvəl baş nazir Nikol Paşinyana müraciət edib. Paşinyan isə məsələni uzadıb. Görünür, Paşinyan Vaşinqtonun məsləhəti ilə İranla birgə hərbi təlimlərdən çəkinib. Bəs Köçəryan bunu haradan bilir? Böyük ehtimalla İran emisarları Paşinyandan narazılıqlarını onun əsas rəqiblərindən biri Köçəryana bildiriblər. İrandakı rejim bu saat canının hayındadır, Paşinyan ötən il İranla birgə hərbi təlimə razılaşmayıbsa, hazırda bu İrəvanın maraqlarına heç uyğun deyil. Ermənistan rəsmiləri hər ay Tehrana deyil, Vaşinqtona səfər edirlər.
Robert Köçəryan Ermənistan hakimiyyətinin Qarabağdan çəkildiyini və taleyin ümidinə buraxdığını söyləyib. Köçəryan hesab edir ki, Qarabağ (separatçıları nəzərdə tutur) Bakı ilə birbaşa dialoqa çalışmalıdır. Köçəryan hazırkı şərtlər altında Qarabağın “müstəqllliyinin” mümkünsüzlüyünə işarə edib: “Qarabağın Azərbaycandan asılılığı artıb. Azərbaycan Ermənistanla Qarabağı birləşdirən yeni yol çəkib, ancaq kommunikasiya xətləri köhnə yoldan keçir və onlara Azərbaycan nəzarət edir. Bu isə Qarabağın Azərbaycandan asılılığını artırıb. Buna görə Qarabağı idarə edənlərin Bakı ilə əməkdaşlığa ehtiyacı var”.
Beləliklə, keçmiş Dağlıq Qarabağda separatizmin əsasını qoyanlardan biri, torpaqlarımızın işğalının və azərbaycanlılara qarşı soyqırımların memarı olan şəxs də çarəsiz durumda olduqlarını etiraf edib. O hakimiyyətin dəyişdirilməsi zərurətini vurğulasa da, bölgədə Azərbaycan və Türkiyə amili ilə hesablaşmaq məcburiyyətində qaldığını etiraf edib. Levon Ter-Petrosyan da eynisini deyib.