«Bizə dərs keçməkdənsə, …»
Çavuşoğlu: «…Terrorçulardan silahı yerə qoymağı tələb etsinlər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çavuşoğlu İsrailə gedib
Bu Türkiyə XİN rəhbərinin Tel-Əvivə ilk rəsmi səfəridir
-
Ərdoğan üç nəfərə inanır
Çavuşoğluna, Akara və kürəkəninə...
-
“Məni Elmarla dəyişik salırlar”
Çavuşoğlu: “Onu da mənimlə ...”
-
«Ya düzələcək, ya da tamamilə pozulacaq»
Türkiyə XİN başçısı ABŞ-la əlaqələrindən danışdı
-
«Bakıda mənə dedilər, aşağı düş, çaşdım…»
Çavuşoğlu: «İlk vaxtlar bəzi sözləri anlaya bilmirdim»
-
«S-400» müəmması davam edir
Türkiyə raketlərin hazırlanma texnologiyasını əldə etmək istəyir, Moskvanın isə buna həvəsi yoxdur
-
«Türkiyə «S-400»lərdən imtina edə bilər»
Mövlud Çavuşoğlu: «Zenit-raket sistemlərinin birgə istehsalı üzrə anlaşma əldə olunmasa, ...»
-
Almaniyanın XİN rəhbəri türk ola bilər…
Anti-Ərdoğançı Cem Özdəmir Angela Merkelin komandasında vacib nazir postu tutacaq
-
«Myanmadakı vəziyyət həllini tapmalıdır»
Elmar Məmmədyarov: «BMT baş katibi artıq Təhlükəsizlik Şurasına müraciət edib»
-
Azərbaycan, Türkiyə və Türkmənistan yeni enerji oxu yaradırlar
Türkmən neftinin Azərbaycan üzərindən daşınması artır, qaz nəqli ilə bağlı planlar da qüvvədə qalır
-
3 ölkə arasındakı yol xəritələri müzakirə olunub
XİN rəhbərlərinin görüşündə siyasi və iqtisadi mövzulardan danışılıb
-
XİN başçıları nədən danışdı?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
-
İlham Əliyev Çavuşoğlunu qəbul edib
Azərbaycan prezidenti Türkiyə XİN rəhbəri ilə Qarabağ məsələsini müzakirə edib
-
Üç XİN başçısı bir araya gəldi
Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü başlayıb
-
XİN rəhbərləri Bakıya gəlir
Azərbaycan, Türkiyə və Gürcüstanın nazirlərinin görüşü olacaq
-
Çavuşoğludan sərt xəbərdarlıq
«Əmin olun, əgər qarşımıza çıxarsa, vuracağıq»
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən antiterror əməliyyatından danışıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, nazir deyib ki, hamı hüquqa tabe olmalıdır və heç kim hüquqdan üstün deyil. Onun sözlərinə görə, toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. Müxalifət liderləri də başda olmaqla, əksər millət vəkilləri bu çağırışlara hörmətlə yanaşsalar da, HDP-çi deputatlar məhkəmə dəvətlərini rədd ediblər:
«Hüququn üstünlüyünə riayət ediriksə, hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır. Hüququn üstünlüyü budur. «Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz» desən, apararlar, ifadəni alarlar, sonra səninlə bağlı qərarlarını verərlər. Təəssüf ki, məsələni bu nöqtəyə özləri gətirdilər».
Mövlud Çavuşoğlu saxlanılan millət vəkillərindən bəzilərini PKK terror təşkilatına silah daşımaqda günahlandırıb. Onun sözlərinə görə, terrora dəstək verənlər mütləq mühakimə olunmalıdır. Nazir deyib ki, HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan vəsaitləri PKK-ya ötürür:
«Bələdiyyə başçıları dövlət büdcəsindən, millətin vergiləri ilə formalaşan büdcədən ayrılan pulları PKK-ya ötürürlər. Millətə xidmət üçün alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, çuxur, xəndək qazması üçün istifadə edilir».
Xarici işlər naziri Türkiyəni qınayan Qərb ölkələrinə də cavab verib. O, deyib ki, Avropa İttifaqı və bəzi ölkələr Türkiyəyə demokratiya dərsi keçməyə çalışsalar da, PKK-dan silahı yerə qoymağı tələb etmirlər.