Çavuşoğludan sərt xəbərdarlıq
«Əmin olun, əgər qarşımıza çıxarsa, vuracağıq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
İtaliyadan ekstradasiya olunub
Almaniya daha bir yüksək vəzifəli PKK üzvünü həbs edib
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
Rəsmi Ankara Menbiç şəhərinin PKK-ın Suriya qolu olan YPG/PYD-dən təmizləməkdə qərarlıdır. Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
O, Türkiyənin hədəfinin Əl-Babdan sonra Menbiç olduğunu bir daha təkrarlayıb: «Menbicə getdiyimiz zaman qarşımıza YPG çıxarsa, əmin olun, onları vuracağıq. Bunu daha əvvəl də açıq və konkret şəkildə bəyan eləmişik».
Çavuşoğlu Raqqa əməliyyatında Türkiyənin iştirak edib-etməyəcəyinə isə belə cavab verib: «Bu əməliyyatla bağlı hələlik dəqiq qərarımız yoxdur».
Xatırladaq ki, YPG/PYD Menbicə bir müddət əvvəl yerləşib. Həmin vaxtdan Türkiyə ABŞ-ın dəstəyi ilə ora yerləşən YPG-yə və rəsmi Vaşinqtona israrla bunun yolverilməz olduğunu bildirsə də, xeyri olmayıb. Əksinə, şəhərdə YPG-yə bağlı olan qüvvələr hərbi texnika və postların üzərinə Amerika bayrağı asaraq, Türkiyənin tələbini qulaqardına vurublar.
Rəsmi Ankara isə hələ illər əvvəl Fərat çayının sağ sahilinin Türkiyə üçün «qırmızı xətt» olduğunu açıqlayıb və kürd qruplarının sahili keçməsi halında vurulacağını bəyan etmişdi. Lakin YPG Menbiçə daxil olaraq, oradan İŞİD-i qovaraq, şəhər üzərində hakimiyyətini qurub. Rəsmi Ankaranın atdığı son addımlardan isə görünür ki, Türkiyənin səbir kasası artıq daşmaq üzrədir…