XİN başçıları nədən danışdı?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Beşikdən məzara qədər – Azərbaycan-Turkiyə
Bir olacaq, hürr olacaq, iri olacaq, diri olacaq
-
Çavuşoğlu İsrailə gedib
Bu Türkiyə XİN rəhbərinin Tel-Əvivə ilk rəsmi səfəridir
-
Prezident türkiyəli naziri qəbul edib
Vahid Kirişçi ilk rəsmi səfərini Azərbaycana edib
-
Prezidentlərin telefon müzakirəsi
... Yaxud Brüssel danışıqlarından sonrakı “yol xəritəsi”
-
Telefonda Brüssel müzakirəsi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla dünənki görüşü dəyərləndirdi
-
Bakının əsas müttəfiqi kimdir?
Şuşa və Moskva bəyannamələrinin fərqləri
-
Şuşa Bəyannaməsi rəsmiləşdi ...
Qarabağdakı vəziyyət nəyi tələb edir?
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
“Özünüzü aldadırsız”
Məmmədyarov erməni jurnalistləri növbəti dəfə susdurdu
-
“Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
Elmar Məmmədyarov bəyanat verdi
-
Ərdoğan üç nəfərə inanır
Çavuşoğluna, Akara və kürəkəninə...
-
“... Onu da eyni aqibət gözləyir”
Elmar Məmmədyarov: “Ermənistanın yeni hakimiyyəti Sərkisyanın yolu ilə getsə, ...”
-
“Məni Elmarla dəyişik salırlar”
Çavuşoğlu: “Onu da mənimlə ...”
-
«Ya düzələcək, ya da tamamilə pozulacaq»
Türkiyə XİN başçısı ABŞ-la əlaqələrindən danışdı
-
«Bakıda mənə dedilər, aşağı düş, çaşdım…»
Çavuşoğlu: «İlk vaxtlar bəzi sözləri anlaya bilmirdim»
-
Azərbaycan müharibə hazırlığı içində
Türk generalların Bakı səfərləri intensivləşir
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlüt Çavuşoğlu ilə görüşüb.
VAXT.AZ xəbər verir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olundu. Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilərək, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən, onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda Sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində geniş müzakirələr aparılıb və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.
Həmçinin, iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.
Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi vurğulanıb. Həmçinin, ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.
Həmçinin TANAP layihəsinin icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi məmnunluqla qeyd olunub.