vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
16:12 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2666 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Myanmadakı vəziyyət həllini tapmalıdır»

Elmar Məmmədyarov: «BMT baş katibi artıq Təhlükəsizlik Şurasına müraciət edib»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Myanmarda rohinca qaçqınlarının ətrafında uzun müddətdir davam edən vəziyyət həllini tapmalıdır. Bu insanlar uzun illərdir əziyyət çəkirlər». Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

«Bu məsələni Çavuşoğlu ilə görüşdə müzakirə etdik, vəziyyət çox ağırdır. BMT baş katibi artıq məsələnin Təhlükəsizlik Şurasının iclasında müzakirə edilməsi üçün müraciət edib», - E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan bu məsələni diqqətdə saxlayacaq.

Öz növbəsində, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İslam dünyasının humanitar faciəyə reaksiya verməli olduğunu bildirib.

O, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı dünən bəyanatla çıxış etdiyinə görə təşəkkür edib.

«Çox sayda insan öldürülüb. Biz rohincalara yardım edəcəyik», - türkiyəli nazir qeyd edib.