vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AKTUAL  
01:07 | 26 noyabr 2016 | Şənbə Məqaləyə 2464 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft ucuzlaşacaq

OPEC-in 28 noyabr Vyana görüşü ləğv edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Vyanada OPEC-in kartelinə daxil olmayan ölkələrlə nəzərdə tutulan görüş baş tutmayacaq. Bu barədə «Bloomberg» agentliyinə məlumatlı mənbə bildirib.

Noyabrın 30-a təyin edilən sammit Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi ilə bağlı ləğv edilib.

Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.

Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdə keçirdiyi qeyri-formal görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlinib. Bununla bağlı yekun qərarın Vyana görüşündə verilməsi gözlənilirdi.

Bu xəbərlər fonunda dünya birjalarında neftin kəskin ucuzlaşacağı ekspertlərin əksəriyyətində şübhə doğurmur.