vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AKTUAL  
14:26 | 2 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1968 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qərara gəlməmişəm»

«Ruhani ilə rəqabət aparmaq haqqında söz-söhbət edilməyib»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamenti sədrinin müavini, Türkdilli Bölgələr Fraksiyasının rəisi Məsud Pezeşkiyan yanvarın 2-də jurnalistlərə açıqlamasında qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirib.

«Ölkədə keçiriləcək növbəti prezident seçkilərində Həsən Ruhani ilə rəqabətə girməyi düşünürsünüzmü» sualını cavablandıran Pezeşkiyan bildirib ki, o hələlik bu barədə qəti qərara gələ bilməyib: «Bir sıra şəxslər bu haqda orda-burda bəzi söhbətlər ediblər. Lakin mən özüm prezidentliyə namizədliyimi irəli sürmək barədə hələ qəti qərara gəlməmişəm. Bundan başqa, şəxsən mənim özümlə seçkilərdə Ruhani ilə rəqabət aparmaq haqqında söz-söhbət edilməyib».

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyununda (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.