«Şərqi Azərbaycan sankı bir istisnadır...»
Azərbaycanlı millət vəkilləri baş verən təbii fəlakətlə bağlı məsulları tənqid ediblər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Türkiyə bizim dostumuz və qardaşımızdır”
İran prezidenti Məsud Pezeşkian: “Ölkədə məşğulluq və investisiya imkanları yaradılmalıdır”
-
77 sabiq diplomatdan Pezeşkiana çağırış
“Kabinetin işinə müdaxiləyə imkan verməyin”
-
Pezeşkianın prezidentliyi rəsmiləşdi
Təbrizli keçmiş millət vəkili: “İnsanlara bütün qəlbimlə xidmət edəcəm”
-
Ağ sapı qaradan ayırmaq
Yaxud Pezeşkian istəklər və məhdudiyyətlər arasında
-
“İranı indiki şəkildə idarə etmək olmaz”
Prezident Məsud Pezeşkian: “Sərt qərarlar qəbul edilməlidir”
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Seçkilərdən sonrakı suallar
Rejim Pezeşkiyanın susmayan xalq çoxluğunun dəstəklədiyi sülhməramlıya çevriləcəyindən qorxur
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Elektron qandalla “azadlıq”
Daha bir siyasi fəal 100 milyon tümən girov qarşılığında həbsdən buraxılıb
-
Güneyli fəala şərti azadlıq
Milad Cəlil 100 milyon tümən girov qoyub
-
Evin zindanında aclıq aksiyası
Siyasi məhbus Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır
-
Külək əkən, fırtına biçər
Yaxud, xəyanət əlaqəli siyasət acısını göstərir
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
İran hökumətinin Azərbaycan şəhərlərində baş verən daşqınlarla bağlı lazımi addımlar atmaması və xəbərin kütləvi informasiya vasitələri tərəfindən təhrif edilməsi azərbaycanlı millət vəkillərini dilə gətirib.
Təbrizin millət vəkili Məsud Pezeşkiyan hadisə ilə bağlı başsağlığı mesajı ünvanlayaraq bildirib ki, təbii fəlakətlər məsələsində önləyici tədbirlər almaq, kontrol etmək və hadisəni nəzarətdə saxlamaq olduqca önəmlidir. Ümid edirəm ki, məsullar təbii fəlakətin daha çox ziyan verməsinin qarşısını alacaq və bu barədə ictimaiyyəti məlumatlandıracaqlar. «Bir sel hadisəsinin bu qədər insanın ölümünə səbəb olması ilə razılaşmaq çox çətindir», - deyə millət vəkili vurğulayıb.
Urmiyanın millət vəkili Nadiq Qazipur isə mövzu ilə bağlı parlamentdə çıxış edib. O baş verən hadisəyə görə ölkədə matəm elan olunmadığı üçün öz narazılığını bildirib.
Şəbistərin millət vəkili Məsumə Ağapur da dövlət yetkililərini sərt tənqid edərək onların bölgəyə baxışlarının dəyişməsini tələb edib.
«Ötən il də Şəbistər bölgəsində oxşar təbii fəlakət baş verdi, hadisə nəticəsində çoxları evsiz qaldı, bir çox əkinçi isə müflis oldu. Lakin hadisədən 10 ay keçməsinə baxmayaraq hələ də təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım edilməyib. Keşkə Şərqi Azərbaycan Vilayəti də məsulların gözündə Xuzistan, Xorasan və ya Rəşt kimi olardı. Onlara ən kiçik təbii fəlakət zamanı yetəri qədər yardım edilir və lazımi tədbirlər alınır, lakin Şərqi Azərbaycan sankı bir istisnadır...», - deyə Şəbistərin millət vəkili qeyd edib.
Baş verən hadisəyə görə məsulları tənqid edən deputatlardan biri də Qoşaçayın millət vəkili Cahanbəxş Mohebbi Niyadır. O İran Teleradio Şirkətini sərt tənqid edərək deyib: «Ötən gün hadisə ilə bağlı iki ekspert danışırdı. Onlar elə söhbət edirdi ki, sankı günahkar hadisə nəticəsində həyatını itirənlərdir. Xeyir, bu belə deyil. Əsas məsələ yanlış idarəçilik məsələsidir».
«Ötən yayda Çitçiyanın yanında dedim ki, bölgədəki çayların vəziyyəti heç yaxşı deyil. Əgər müəyyən tədbirlər alınmasa yazda daşqınlarla üzləşəcəyik. Elə dediyim kimi də oldu», - deyə Cahanbəxş Mohebbi Niya əlavə edib.
Urmiyanın millət vəkili Hadi Bahaduri də baş verən təbii fəlakətlə bağlı məsulların fəaliyyətini tənqid edib.
«Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiya, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşer və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib və hər kəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm», - deyə millət vəkili yaydığı mətndə qeyd edib.
İran Böhran Mərkəzinin rəisi isə dövlət televiziyasındakı çıxışında yalan açıqlama yayaraq sadəcə şəhər kənarına gəzintiyə çıxanların hadisə nəticəsində öldüyünü bildirib.
Həmçinin İran qəzetlərinin əksəriyyəti hadisə ilə bağlı xəbərləri təhrif etməyə çalışıblar. Onlar bölgəni bürüyən təbii fəlakətlə bağlı xəbərləri «sel gəldi tamaşaçıları apardı», «Seyr etməyə qurban gedənlər» və s. kimi başlıqlar altında yayıblar.