 
                                “Üstümüzə benzin tökdük”
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
 20:22 | 8 mart 2024 | Cümə
                Məqaləyə 1647 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                20:22 | 8 mart 2024 | Cümə
                Məqaləyə 1647 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
 
                                Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
 
                                Kürd separatçıları türk tokatı üçün darıxıb
 
                                Güneyin Qərbi Azərbaycan vilayətində sosial media fəalı 3 ay azadlıqdan məhrum edib
 
                                Bölgəni kürdləşdirməkdə maraqlı olan fars-molla rejimi heç bir tədbir görmür
 
                                Araz Elsəs: “Bütöv Azərbaycana bu gün dünəndən daha çox yaxınıq”
 
                                Ümumi intizamı pozmaq kimi absurd ittihama görə ...
 
                                Hökumət rəsmisi Güney Azərbaycanda baş verən sel fəlakəti ilə əlaqədar məsulları tənqid edənləri «mikrob» adlandırıb
 
                                Güney Azərbaycandakı sel fars-molla rejiminin maskasını yuyub apardı
 
                                «Nə qədər dilimiz bir olsa da, Türkiyədə xaricdən gələnlərə iş vermirlər»
 
                                Sulduzda kürdlərin şəhər şurasına nüfuz etmək cəhdləri nəticə vermədi
 
                                Başqa bölgələrdə yaşayan kürdlər Şura Seçkilərində səs vermək üçün Sulduza gətirilir
 
                                Sel bölgəsində axtarış işləri dayandırıldı
 
                                Zəncan kəndlərinə ağır ziyan dəyib, xəsarət alanlar var
 
                                «Son 18 ildə Güney Azırbaycanda belə bir sel baş verməmişdi»
 
                                «Ölənlərin çoxusu həmin maşınların içərisindəkilər idi»
Bir Azərbaycan milli fəalı olaraq, 2024-ci ilin 1 mart tarixində Qərbi Azərbaycan əyalətində keçirilən seçkilər üzərində neçə sətirdə fikirlərimi siz oxucular ilə paylaşmaq istərdim.
Tarixin qaranlıq küçələrinə qayıtmaq istəmirəm, amma 53 il mənfur Pəhləvilər dövrü Azərbaycan əyalətinin torpaqlarını tikə-tikə bölmək və bu coğrafiyaya siyasi məqsədlər ilə başqa etniklər yerləşdirmək və 45 il İran islam hökuməti tərəfindən bu siyasətin müntəzəm şəkildə davam etməsini xatırlatmağı zəruri hesab edirəm. Təəssüflə xəyanət ilə əlaqəli bu siyasət yavaş-yavaş öz acısını göstərmədədir.
İran islam hökuməti, rejimin kökündən sarsılmasını bu son illərdə dərindən hiss etdiyinə görə, bu son seçkidə, Qərbi Azərbaycan əyalətində özəlliklə Urmu, Sulduz və Makı şəhərlərində saxtakarlıqla özləri istədiyi şəxsləri seçməklə təhlükəli risklərə əl atdı! Təəssüflər olsun ki, tarixin acı olaylarından ibrət almayan bəzi fürsətcil kürd partiya və qrupların rəhbərləri və onların tərəfdarları bilərək ya bilməyərək belə bir təhlükəli oyunun toruna düşərək, bu ərazidə azlıq təşkil edən kürd kökənli vətəndaşlarımıza ciddi bir problem yaratmağa imza atıblar.
Saxta seçimdən sonra Urmu şəhərinin qədim Yuruşah darvazasının qəlbində yerləşən “Əyalət meydanında” və... İran islam rejiminin təhlükəsizlik qüvvələrinin himayəsi ilə bir ildə kürd əsilli şəxslərin bədnam şuarlarının səslənməsi bu şəhərin kökünü çiynində daşıyan Azərbaycan türkləri üçün dözülməz idi... Belə bir çirkin davranışların qarşısını kürd xalqına rəğbət göstərən orqanlar və şəxsiyyətlər ala bilməzsə, əminəm ki, sabah gec olacaq!
Əldə etdiyimiz məlumata dayanaraq Urmudan iki kürd nümayəndə çıxması da İran islam hökumətinin qırmızı xətti idi. Seçkilərin sonucu açıqlamadan öncə Urmu valiliyində son anlarda verilən kəskin göstəriş bariz bir nümunədir!
İran islam cümhuriyyətinin daxili işlər nazirinin ideasına görə səs vermə hüququ olanlardan yalnız 41 faiz səs verib. Beləliklə, qeyr- demokratik İran islam hökumətinə bütün İran da yaşayan xalqlar kəskinliklə “YOX” deyiblər! Maraqlısı budur ki, belə bir gərgin durumda, bu hökumət çökərkən və azərbaycanlıların milli hökuməti yaranarkən görəsən hansı bir mərkəzi hökumət, daha hansı çirkin yollarla azərbaycanlılar üzərində hökm etməyə qalxacaq?! Təbii ki, o zaman bütün etnik qruplar öz yerini biləcək və Azərbaycanın milli hökumətinin himayəsində rahatlıq və təhlükəsizlik şəraitində yaşayacaqlar!
Məncə, biz bu seçkidə uduzmamışıq, əksinə azərbaycanlıların əksəriyyəti, özəlliklə (Urmu, Sulduz və Makıda bir çox soydaşlarımızın seçkilərdə iştirak etmədikləri üçün bu çox ibrətamiz bir hadisə olub. Bir sözlə, insanları özəlliklə də gələcək üçün milli məsələlərə bağlı həqiqətləri dərketməyə oyatdı...