
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Güney Azərbaycanın Sulduz şəhərində kürdlərin şəhər şurasına nüfuz etmək cəhdləri nəticə verməyib. Açıqlanan son nəticələrə əsasən şəhər şurasına seçilən namizədlərin hamısı Azərbaycan türkləridir. Soydaşlarımız sübut etdi ki, ayıq-sayıqlıq nəticəsində Azərbaycan torpaqlarına göz tikən bütün qüvvələrin arzularını gözlərində qoymaq mümkündür.
Açıqlanan son məlumata əsasən, səs sayına görə sıralamada aşağıdakı adlar yer alıb:
1. Vəli Babusə - 17308 səs
2. Fərhad Əkbəri – 15122 səs
3. Rəsul Siyami – 14389 səs
4. Musa Ağacani – 14018 səs
5. Mehdi Ələvi - 13089 səs
6. Leyla Heydəri – 11688 səs
7. Səid Dilməqani – 11672 səs
8. Əziz Rəhimi - 11267 səs
Bildirilir ki, şura seçkilərində ən çox səs qazanan ilk 13 namizədin hamısı türkdür. 14 və 15-ci yerlərdə isə kürd əsilli Taha Mərufzadə və Əhmədi Əqdəm yer alıb.
Qeyd edək ki, radikal kürd qruplaşmaları Urmiyə və Sulduz şəhərlərində öz əlaltılarını seçkilərdə qalib etdirmək üçün bir çox açıq və gizli tədbirlərə əl atdılar. Onlar seçkilər günü səs vermək məqsədi ilə Kürdistanın müxtəlif bölgələrindən Sulduz şəhərinə kürd əsilli insanlar gətirdilər. Kürdlər əsasən Mahabad, Piranşəhr, Sərdəşt, Bukan və Sənəndəc kimi şəhərlərdən Sulduza gətirildi. Lakin azərbaycanlıların ayıq-sayıqlığı nəticəsində radikal qrupların cəhdi heç bir nəticə vermədi.