vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
02:04 | 1 yanvar 2017 | Bazar Məqaləyə 2111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkdilli dərgi bağlanıldı

Latın qrafikasından istifadə etdiyinə görə

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Universiteti Nəşrlərə Nəzarət Komitəsi daha əvvəl nəşrinə 6 aylıq qadağa qoyduğu Dəniz adlı «türkcə-farsca öyrənci dərgisi»nin daimi olaraq qapadılmasına dair qərar çıxarıb.

Nəzarət Komitəsinin dərginin direktoru Yasir Rəncbəriyə unvanladığı məktubda yazılanlara görə, «etnik məsələləri qaldırmaq, milli birliyə zərər vermək kimi xətalar və 14-cü sayıda Latin əlifbasından istifadə etdiyi üçün Dəniz dərgisinin daimi olaraq qapadılmasına qərar verilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, universitet məsulları daha əvvəl Atatürkün şəklinin dərginin qapağında dərc edilməsi, həmçinin Seyid Cəfər Pişəvəri haqqında yazıların yayılması ilə əlaqədar dərgi əməkdaşlarına xəbərdarlıq vermişdilər.

Güneyli fəallar keçən 20 ildə universitetlərdə türk dilində yayılan tələbə dərgilərinin gənclər arasında milli şüurun yüksəlməsində önəmli rol oynadığını önə çəkirlər.