vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
14:00 | 15 yanvar 2017 | Bazar Məqaləyə 969 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Astanada Daşkənd variantı

Qazaxıstan hakimiyyətin keçidinə hazırlaşır

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən qəfil və gözlənilməz addım atıb. Prezident Qazaxıstanın Rusiyadakı səfiri Marat Tajini vəzifəsindən azad edərək, öz administrasiyasının birinci müavini təyin edib. Əksər ekspertlərin qənaətinə görə, bu qərar bir mesajdır. Tajin böyük ehtimalla, prezidentin bu yaxınlarda hakimiyyət orqanlarının bölgüsü üzrə yaratdığı işçi qrupu kurasiya edəcək. Hakimiyyət dəyişikliyi məsələsi ölkənin ən aktual məsələlərindən biridir. 25 ildir ki, vəzifə başında olan Nazarbayevin səhhəti ilə bağlı bir neçə dəfə narahatçılıq yaşanıb. Düzdür, onun özü «Bloomberg»ə bildirib ki, səhhətindən asılı olmayaraq, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacaq. Nazarbayev ölkənin müstəqilliyinin 25 illiyi ilə bağlı keçirilən mərasimdə bəyan edib ki, Qazaxıstan prezident üsul-idarəli dövlət kimi qalacaq. Bir faktı da qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, eyni şəxs dalbadal iki dəfədən artıq prezident seçilə bilməz, lakin bu məhdudiyyət Nazarbayevə şamil edilmir. 2007-ci ildə parlamentin qəbul etdiyi konstitusiya dəyişikliyi ona ölkə başçısı vəzifəsinə limitsiz namizəd olmaq ixtiyarı verir. Buna baxmayaraq, o, hakimiyyət qanadlarının səlahiyyətlərinin bölgüsünü həyata keçirəcək işçi qrupun yaradılması barədə qərar qəbul edib.

kaspi.az bildirir ki, ekspertlər istisna etmirlər ki, Marat Tajin də yeni strategiyanın işlənməsində aktiv rol oynayacaq. «İşçi qrupa formal olaraq Prezident Administrasiyasına rəhbərlik edən Adilbek Caksıbekov rəhbərlik etsə də, əsas söz sahibi məhz Tajin olacaq. Əsas qara işləri hər dəfə müavinlər həyata keçirirlər», - deyə risklərin qiymətləndirilməsi qrupunun rəhbəri Dosım Satpayev bildirib. Ekspertin sözlərinə görə, Tajinin prezident administrasiyasına qayıdışı iki - sistem və konyuktura səbəbindən təsadüfi sayıla bilməz. «Nazarbayev daxili siyasətin reallaşması səviyyəsindən narazıdır. Bu sahədə ciddi problemlərin üzə çıxdığı bəlli olub - torpaq sahəsində problemlər üzündən mitinqlər, dövlət strukturlarının informasiya işinin tam iflası, ilin əvvəlindən bəri isə Qazaxıstan vətəndaşlarının məcburi qeydiyyatı ilə bağlı kommunikasiya sisteminin özünü doğrultmaması baş verib. Sonuncu məsələ əhali arasında o qədər narazılıq doğurdu ki, hətta baş nazir Bakıtjan Saqintaev da etiraf etdi ki, dövlət strukturları öz işlərinin öhdəsindən gələ bilmirlər. Tajin səfir təyin olunana qədər prezidentin yaxın ətrafında çalışıb və bir növ beyin mərkəzi rolunu oynayıb. Burada daxili və xarici siyasət üzrə proqramların işlənməsi ilə məşğul olub. Hətta, iqtisadi layihələrin reallaşması ilə məşğul olub. Təcrübədən keçmiş məmur kimi prezidentə ölkədə vəziyyəti dəyişmək üçün gərək olub», - deyə Satpayev bəyan edib. «Konyuktura səbəbi isə prezident, baş nazir və parlament arasında səlahiyyətlərin bölgüsü sxeminin hazırlanması ilə bağlıdır. Özbəkistanda baş verən hadisələr Qazaxıstanın siyasi elitasını hakimiyyətin keçidi barədə düşünməyə vadar edib. Ola bilsin, hətta hansısa proseslər bunu tezləşdirib. Ötən ili yada salsaq, bir sıra maraqlı kadr yerdəyişmələrini görərik - baş nazir Kərim Məsimov milli təhlükəsizlik naziri, müdafiə naziri İmanqali Tasmaqambetov əksinə, hökumətdə iqtisadi məsələlərlə məşğul olmaq tapşırılıb», - deyə o bildirib.

Bir faktı da qeyd edək ki, çoxları hesab edirdi ki, məhz Məsimov Nazarbayevin varisi olacaq. Lakin bu baş vermədi. «Elitada heç də hamı yeni təyinatlarla razı deyil. Lakin onlar yeni hakimiyyət keçidinə şahidlik etməli olurlar - həm elitanın təmizlənməsi, həm də demokratiya oyunları nöqteyi-nəzərindən», - deyə Satpayev vurğulayıb. Ekspert hesab edir ki, parlamentin səlahiyyətlərini genişləndirmək üçün parlamentin özünü gücləndirmək gərəkdir. Bunun üçün isə parlament islahatları, partiya və seçki qanunvericiliyini təkmilləşdirmək gərəkdir. Yəni, parlamentin təkcə partiya siyahısı ilə deyil, həm də majoritar siyahı ilə formalaşmasını həyata keçirmək gərəkdir. Yalnız bu halda parlament ciddi siyasi oyunçuya, kollektiv varisə çevrilə bilər. Sonuncu məsələ ilə bağlı uzun illərdir ki, danışılır. D. Satpayevin qənaətinə görə, Qazaxıstan keçid prosesinin yumşaq baş verdiyi Özbəkistanın təcrübəsindən yararlana bilər. Hər iki ölkə oxşar siyasi sistemə malikdir. Amma fərqlər də var. Qazaxıstanda dövlət başçısının ətrafı müxtəlif və rəngarəng siyasi oyunçulardan ibarətdir. Məsələn, «biznes qrup» deyilən oliqarx qruplar var. Özbəkistanda isə güclü siyasi oyunçu kimi bir qrup yoxdur. Belə bir qrup Türkmənistanda da mövcud deyil. Qazaxıstan elitasının özünüqoruma instinkti siyasi sabitliyi qorumağa çalışacaq. Belə ki, istənilən münaqişə tək ictimai təhlükəsizliyə deyil, elitanın özünə də ciddi zərbə vurmuş olacaq. «Özbəkistanda baş verən hadisələr bizim üçün maraqlı bir təcrübə rolunu oynadı. Bu təcrübəni bizdə də tədqiq edirlər. Razılaşma əldə etməyi öyrənmək gərəkdir. Bununla yanaşı, bizim öz spesifik cəhətlərimiz var və bunu nəzərə almaq gərəkdir», - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, Qazaxıstanda əvvəllər də ciddi siyasi dəyişikliklər barədə bəyanatlar səslənirdi. Vaxtilə siyasi islahatların reallaşması ilə bağlı milli komissiya da yaradılmışdı. «Lakin nə yaradılırsa yaradılsın, hansı bəyanatlar səslənirsə səslənsin, sonda yalnız və yalnız prezident üsul-idarəsi ən ali sistem kimi qalır», - deyə Dosım Satpayev vurğulayıb.

Qazaxıstan politoloqu Eduard Poletayev isə hesab edir ki, hazırda əhalidə sabitliyə tələbat duyulur. «Rublun enməsi ilə bağlı bizə yaxın tərəfdaş ölkələrdə, Rusiyada iqtisadi vəziyyət pisləşib, Ukraynada hərbi xarakterli münaqişə baş verir. Bizdə isə devalvasiya gözləmələri doğrulmadı. Kifayət qədər əlverişli pauzadır, nəzərə alsaq ki, bu il miqyaslı bir infrastruktur layihəsinin həyata keçirilməsinə start verilməlidi», - deyə ekspert bildirib.

Xatırladaq ki, N.Nazarbayev beş dəfə prezident seçilib: dörd dəfə seçkilər və bir dəfə prezidentin səlahiyyətlərinin uzadılması məsələsi üzrə ümumrespublika referendumu sayəsində (1995-ci ildə). İki dəfə 1999 və 2011-ci illərdə növbədənkənar prezident seçkiləri keçirilib. Son iki seçki kampaniyası zamanı fəaliyyətdə olan prezidentin lehinə 90 faizdən artıq səs verilib.