vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:20 | 24 mart 2017 | Cümə Məqaləyə 1993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın vertolyotunu vurmaq istəyiblər

Ermənistan mətbuatından sensasion iddia

MÖVZU İLƏ ƏLAQƏLİ

Qeyri-qanuni yollarla əldə edilmiş «İqla» zenit-raket kompleksinin köməyi ilə Ermənistanda yüksək vəzifəli şəxslərin olduğu vertolyotu vuraraq partlatmaq planlaşdırılıbmış. Virtualaz.org xəbər verir ki, bu məlumatı «Haykakan jamanak» erməni qəzeti yayıb.

Siyasi və hüquq-mühafizə orqanları dairələrində dolaşan məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əlində olan səs yazılarına görə, Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan «İqla» ZRK-nin alınması və Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparıb.

Qəzet yazır ki, MTX-nin məlumatlarına əsasən, zenit-raket kompleksinin köməyi ilə Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi bəzərdə tutulubmuş.

Xatırladaq ki, srağagün S.Babayan İrəvanda Gürcüstandan ölkəyə «İqla» ZRK-nin çatdırılması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Yerli KİV ehtimal edir ki, S.Babayan Ermənistanın iki keçmiş və hazırki prezidentlərinə qarşı cinayətkar əməllər planlaşdıran silahlı qruplaşma yaradılmasında ittiham oluna bilər.