vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:11 | 24 mart 2017 | Cümə Məqaləyə 2572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sonadək...»

Seyran Ohanyan hakimiyyəti hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Biz Samvel Babayanın hüquqları uğrunda sonadək mübarizə aparacağıq». Bunu «Ohanyan-Raffi-Oskanyan» seçki blokunun liderlərindən biri, sabiq müdafiə naziri Seyran Ohanyan silah qaçaqmalçılığında ittiham olunaraq həbs edilən Qarabağ müharibəsi iştirakçısı Samvel Babayan haqqında danışarkən bəyan edib.

Musavat.com-un məlumatına görə, o deyib ki, bu kimi hadisələr blokun tərəfdarlarını qorxutmur. Şəxsinə qarşı Djrarat kəndindəki silahlı hücumu xatlırladan S.Ohanyan deyib ki, blokun tərəfdarlarından olan S.Babayanın həbsi eyni planın tərkib hissəsidir: «Ancaq anlamırlar ki, o bizim döyüş yoldaşımızdır. Samvel Babayan öz dostları ilə Dağlıq Qarabağdakı müharibədə qələbəni təmin edib. O, Dağlıq Qarabağın qəhrəmanıdır. Biz sona qədər Babayanın hüquqlarını müdafiə edəcəyik. Həmçinin, imkan verməyəcəyik ki, hakimiyyət saxtakarlıq yolu ilə öz məqsədinə çatsın».