vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
00:38 | 9 dekabr 2022 | Cümə Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Allahsızlığın iki növü...

Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qoca TARİX allahsızlıq nümunələri ilə doludur. Həzrəti Musanı təqib edən zaman dənizdə boğulan dünyanın ən böyük şeytanı olan Fironun allahsızlığından tutmuş Xocalıda azərbaycanlı uşaqları məhz türk olduğuna görə divara mıxlayan, işgəncə verən erməni yazıçı Zori Balayanın Tanrıya asiliyinə qədər bir çox nümunələri göstərmək olar.

Lakin fərdlərin allahsızlığı ilə rejimlərin, dövlətlərin allahsızlığı tamam fərqli məsələlər, fərqli nəsnələrdir. Əfsuslar olsun ki, ulu tarix dövlətlərin allahsızlığına dair faktlarla da aşıb daşır. Məsələn Fransa kralının əmri ilə 1572-ci ilin 23 avqust gecəsində fransız ordusunun və katolik fransız kilsə nümayəndələrinin protestanları kütləvi şəkildə qətlə yetirdikləri “Varfolomey gecəsi” faciəsi dövlət (kral) səviyyəsində alllahsızlığın, qəddarlığın və terrorun ən tipik nümunələrindən biridir. 

Birinci Qarabağ müharibəsindən sonra işğalçı ermənilərin məscidlərimizdə donuz, inək saxlamaları isə təcavüzkar-işğalçı toplumlların alllahsızlığının başqa bir nümunəsidir. 

Bir də Rusiya dövləti ilə İran “İslam Cümhuriyyəti”nin son 100 illik tarixinə və bugünkü taleyinə damğasını vuran total allahsızlıq siyasəti barədə danışmağımız olduqca vacibdir. 

100 il bundan əvvəl çevriliş (bolşevik inqilabı) yoluyla yenicə hakimiyyətə gəlmiş və ateizmi özünün rəsmi ideoloji xəttinə çevirmiş Lenin-Stalin “qırmızı terror” rejimi həmin vaxt bütün ölkə boyu “Allahsızlar cəmiyyəti” adlı təşkilatlar yaratmağa başladı. Bundan sonra isə ruhanilərin gülləllənməsinə və ya Sibirə sürgün edilməsinə start verildi. “Quran” nüsxələrini hər yerdə cırmağa, yandırmağa göstəriş verildi. Məscidləri isə ya kluba, ya da anbara çevirirdilər. “Bibiheybət” məscidini isə ümumiyyətlə, tar-mar edib dağıtdılar.

Bir sözlə, bolşevik-sovetlərinin ideoloji zəmində allahsızlığı həmin illərdə ən müxtəlif formalarda təzahür edirdi. Amma ateizm üzərində qurulan, Tanrının varlığını inkar edən SSRİ adlı iblis dövlət 70 ildən çox yaşaya bilmədi. Allahsız sistem böyük bir gurultu ilə çökdü. 

“İslam Respublikası” adlandırılan İran isə allahsızlığın başqa bir növü ilə tez-tez gündəmə gəlməkdədir. 

Molla dövləti son həftələrdə Allahın səlahiyyətlərini, hüququnu (yaratdıqlarını öldürmək hüququnu) mənimsəyərək özünü sanki Allah kimi aparır və hər gün onlarla insanı çox əcaib ittihamlarla qətlə yetirir, edam edir. 

Fars-molla rejimi dünyanın İran dövlətinin etirazçılara qarşı vəhşiliklərinə seyrçi mövqe sərgiləməsindən cəsarətlənərək qəsdən ən ağır cəza növünə əl atır, etiraz hərəkatının liderlərini, milli fəalları ölkədə asayişi pozmaq, SEPAH və “Bəsic”in zabitlərini öldürmək ittihamı ilə suçlayaraq onların edam olunmaları barədə hökm verir. 

Məsələn, dünən güney azərbaycanlı ziyalı və həkim-rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal “Bəsic” qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edildi. Onun xanımı, kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verildi. Bundan öncə isə bu azərbaycanlı cütlük ağır işgəncələrə məruz qalmışdı. 

Ümumilikdə isə, ayətullah-molla məhkəmələri “Bəsic”in üzvü olmuş həmin yaramaz fars zabitinin - Ruhulla Əcəmiyanın ölüm hadisəsinə görə düz 5 nəfəri edam cəzasına, 11 nəfəri isə uzunmüddətli həbs cəzasına məhkum ediblər.

Həmçinin İran millisinin dünya futbol çempionatında  məğlubiyyətinə sevinərək küçələrə çıxan gənclərdən bir neçəsinin güllələnərək öldürülməsi də molla rejiminin azğınlığının daha bir sübutudur.

Güney Azərbaycanın Astara şəhərindən olan milli fəal Abbas Nəminin saxlanılması və etirazların liderlərindən biri kimi ittiham edilərək barəsində ölüm hökmünün çıxarılması barədə xəbəri də yəqin ki, hər kəs izləyib.

Etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılan 26 yaşlı Səhənd Nurməhəmmədzadə adlı başqa bir azərbaycanlı gənci də İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum ediblər.

Bu cür tükürpərdən misalların sayını artırmaq da olar. Bəs, molla rejiminin ədalətsiz məhkəmələrinin gözlərini yumub, vicdanlarını qıfıllayıb bu cür qəddar qərarlar qəbul etməkdə amacları nədir? 

Allahsız mollaların bu cür kütləvi edamlara “xeyir-dua” vermələri bu yolla başqa etirazçıları da qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıyır. Onlara elə gəlir ki, insanlar edamlardan qorxub geri çəkiləcəklər.

Lakin mollaların bu gözləntiləri özünü doğrultmur. Çünki artıq ox yaydan çıxıb. Etirazçılar edam qorxusuna psixoloji olaraq qalib gəliblər və mollaların gözləntilərinin əksinə olaraq edam hallarının sayı artdıqca insanların rejimə qarşı nifrəti, qəzəbi də daha da artır. Görünür mollalar bu incə məqamı öncədən hesablaya bilməyiblər.

Bu arada Allahın adından allahsız fətvalar (fitvalar) verən mollakratiya rejiminin Güney Azərbaycan türklərinə qarşı daha amansız davranmalarına və edama məruz qalanların arasında azərbaycanlıların çoxluq təşkil etməsinə də xüsusi diqqət yetirməliyik. Onlar ilk növbədə məhz güneylilərin gözünü qorxutmağa çalışırlar. Çünki Güneydəki kortəbii etirazların hər an mütəşəkkil milli-azadlıq hərəkatına çevrilə biləcəyindən bərk qorxurlar.

Ona görə də sonu yaxınlaşmaqda olan molla rejimi gün-gündən daha da qəddarlaşır. 

Ukraynada Rusiyanın allahsızlığına, vəhşiliklərinə kəskin reaksiya verən dünya birliyi İran hakimiyyətinin etirazçıları edam cəzalarına məruz qoymasına da mütləq reaksiya verməlidir. Həm də sərt reaksiya verməlidir.

BMT-nin tez-tez yığışıb mənasız qətnamələr qəbul etməsi ilə qana susamış mollaları dayandırmaq mümkün deyil. Vaxtilə Yuqoslaviyanı bombalayaraq Miloşeviç kimi cəlladın cəzasını verən dünya birliyi bu gün istəsə eyni qayda ilə Tehranı da bombalaya bilər. Lakin nə yazıq ki, bu gün İranda baş verənlər hələlik dünya birliyi üçün trend sayılmır...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)