
“Sülh aktı” ...
... Cənubi Qafqazda sabitliyə təhdid
... Cənubi Qafqazda sabitliyə təhdid
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Nəhayət, bu da bəzi həqiqətləri dərk etməyə və etiraf etməyə başladı...
Söhbət rusiyalı ekspert Yevgeni Satanovskidən gedir. Qatı ermənipərəst mövqeyi ilə fərqlənən və Türkiyə ilə Azərbaycana dərin nifrət hissi bəsləyən Y.Satanovskinin son açıqlaması bir sıra maraqlı məqamları ilə diqqəti cəlb edir. Onun etirafları yarımçıq olsa da, amma əhəmiyyətlidir.
Y.Satanovski belə deyib: “Laçın yolunda baş verənlərlə bağlı sual ilk növbədə Ermənistan Baş naziri Nikol Paşinyana ünvanlanmalıdır. Ona Qarabağ, Rusiya ilə münasibətlər, KTMT lazımdırmı?
Ermənistan bundan sonra təkcə Qarabağı yox, öz dövlətçiliyini də itirsə, bunun günahı Paşinyanı rəhbər seçənlərdədir. Paşinyanın yerinə Ermənistanı heç kim idarə etməyəcək, o cümlədən Putin də onu Moskvadan devirməyəcək. Biz SSRİ deyilik.
Paşinyan Rusiyanı çətin vəziyyətdə qoymaq istəyir. Sabah fransızlar və amerikalılar söz versələr ki, hər şey yaxşı olacaq, o zaman Paşinyan məmnuniyyətlə Rusiya sülhməramlılarından xilas olar. Onun addımları erməniləri bu prosesə aparır. Lakin belə vəziyyətdə Qarabağ olmayacaq. Üstəlik, bundan sonra Ermənistanın varlığı da sual altına düşür.
2020-ci il müharibəsində Ermənistanın üzləşdiyi təhlükəsizlik problemlərinin əsas səbəbkarı məhz İrəvandır. Ermənistanın adekvat tərəfdaşa sahib olmadan erməniləri qoruması çox çətindir. Digər tərəfdən, Ermənistanda Rusiyanın onlara lazımi hərbi-siyasi dəstəyi göstərməməsindən narazıdırlar.
Baxın, indi Rusiya ərazisinə zərbələr endirilir. Rusiya Ermənistandan hansı yardımı alıb?
Yaxşı, Ermənistanda səfərbərlik elan edilib? Erməni diasporu hərbi texnika və silaha neçə milyard pul xərcləyib?
Cavab verirəm: Rusiyanın verdiklərindən iki dəfə az.
Biz bunun qarşılığını rəsmi İrəvan və erməni küçələrindən xoş olmayan şərhlərlə almışıq.
Rusiya İrəvana dəstək vermədiyi gün Ermənistan qalmayacaq. Bu fakt Ermənistanda kiməsə aydındır? Ermənistan mövcud olmayacaq”.