
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
Bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadları aparmaq üçün Qızılbulaq və Dəmirli yataqlarına gedən, lakin sülhməramlıların gözü qarşısında ermənilərin təxribatı ilə üzləşən monitorinq qrupumuzun separatçıların yeni “sponsor”u Ruben Vardanyanla və onun “şayka”sı ilə təmasa keçməkdən imtina edib Şuşa şəhərinə qayıtması düzgün addımdır.
Rəsmi şəxslərimiz (monitorinq qrupunun üzvləri) özfəaliyyətə yol verib Ruben Vardanyanla və ya onun “elçi”ləri ilə danışıqlara başlasaydı, bu, Vardanyanın legitimləşdirilməsi kimi qəbul edilə bilərdi. Ancaq buna qətiyyən yol vermək olmaz. Rəsmi Bakı R.Vardanyanı “iqnor” etmək xəttini davam etdirməlidir.
Bugünkü təxribatın Rusiya “sülhməramlı”larının gözü önündə baş verməsi və özlərini sülhməramlı hesab edən bu varlıqların sözügedən təxribata seyrçi münasibət sərgiləməsi isə bir daha onu təsdiqləyir ki, Rusiya ilə separatçılar sinxron hərəkət edir və Ruben Vardanyan da yüzə-yüz Kremlin tapşırıqlarını yerinə yetirir.
Olayın başqa bir cəhəti də ondan ibarətdir ki, Rusiya Moldovadan zorla qopardığı Dnestryanı ərazidə “sülhməramlı” adı altında yürütdüyü işğalçı “ruslaşdırma” siyasətini bizim Qarabağımızda da təkrarlamaq istəyir.
Bundan əvvəl isə eyni siyasətin Abxaziyada və Cənubi Osetiyada Gürcüstana qarşı tətbiq edildiyini görmüşdük. Sonradan Kreml həmin separatçı bölgələrin “müstəqilliy”ini tanıdı. Daha sonra oxşar sxem və “ssenari”ni Luqansk və Donetskin Ukraynadan qoparılmasında və “DNR”, “LNR” kimi qondarma “respublika”ların yaradılmasında da müşahidə etmişik.
Rusiyanın xisləti, mahiyyəti belədir. Bu ölkə çar imperiyasından və sovetlərdən miras qalmış “Parçala və hökm sür” siyasətindən heç cürə əl çəkə bilmir.
Bu, sülhməramlı davranışı yox, əsl köpək siyasətidir. Və Rusiya bu cür köpək siyasətini “sülhməramlı” adı altında axıra qədər davam etdirəcək. Bu ölkə necə ki, hazırda Moldovanın yaxasından zəli kimi yapışıb Dnestryanıda öz “sülhməramlı missiya”sına heç cür nöqtə qoymaq istəmir, eyni “ssenari”ni Azərbaycana qarşı da təkrarlamağa çalışacaq.
Ona görə də biz Rusiyanın bizdən əvvəl Gürcüstanda, Moldovada və Ukraynadakı raşist (faşist) “sülhməramlı” və separatist davranışlarını nəzərə alaraq daha tədbirli və ağıllı davranmalı, Kremlin ata biləcəyi bütün mümkün addımları qabaqlamalıyıq.