
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
Fransada etirazlar səngimiz
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Ermənistan hansı ölkədən mümkündürsə, silah və hərbi texnika almağa çalışır. İrəvanın Fransa və Hindistanla razılaşmaları var və hər iki ölkə Ermənistana silah göndərməkdə davam edir. Fransa üçün Ermənistana hərbi texnika satışı geosiyasi əhəmiyyət daşıyır. Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Fransa bu səbəbdən Ermənistanı silahlandırmaqda maraqlıdır. Ermənistanın aldığı həbi texnikaya görə Fransaya maliyyə ödəməsi barədə məlumat yoxdur. Bu kredit şəklində həyata keçirilə bilər.
Hindistanın Ermənistana hərbi texnika satması isə əsasən iqtisadi amillə bağlıdır. Hindistan hərbi-sənaye kompleksini inkişaf etdirir. Hindistan son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artıb. Hindistan onlarla ölkəyə silah satmağa çalışır. Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Hindistan ABŞ, İsrail və digər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin aprel-iyun aylarında müdafiə ixracı bir əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermənistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir.
Dehlinin Ermənistana hərbi texnika satması Azərbaycanda narazılıqla qarşılanıb. Rəsmi Bakı Dehlinin bu siyasətini korrektə etməsini istəyir. Çünki Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindistan Azərbaycandan aldığı neftin həcmini ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib.
Fransa və Hindistanla yanaşı ABŞ və Almaniyanın da Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirmələrinə dair xəbərlər var. Maraqlıdır ki, Ermənistanın silahlandırılmasında əsas rol oynayan ölkə İrandır. Çünki Fransa və Hindistanın Ermənistana göndərdikləri silah və hərbi texnika İranın hava və dəniz limanları vasitəsilə qonşu ölkəyə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusiya da İran marşrutu ilə Ermənistanı silahlandırırdı.
Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Rəsmi Bakı Ermənistanın silahlandırılmasının bölgədə yeni münaqişəyə səbəb olacağı barədə daima bəyanatlar verir. Ermənistanın aldığı uzaqmənzilli raketlər Azərbaycana təhlükə yaradır. Rəsmi Bakı Ermənistanın silahlandırılmasına seyrçi qalmayacağını bildirsə də, bu İrəvanla hərbi əməkdaşlıq edən dövlətləri dayandırmayıb. Bu vəziyyətdə Azərbaycan da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır. Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra yavaşlaya bilər.