Üç təməl prinsip
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
14:55 | 13 dekabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1875 dəfə baxılıb
Şriftin ölçüsü
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistandan vacib Türkiyə həmləsi
Avropa Ittifaqının (Aİ) Xarici siyasət xidmətinin sözçüsü Peter Stano təmsil etdiyi qurumun Laçın dəhlizində baş verənlərə qarışmadığını bildirib.
Sözçünün sözlərinə görə Aİ-nin Xankəndində heç bir formada iştirakı yoxdur, ona görə də şərh vermək imkanları yoxdur. Baş verənləri açıq mənbələrdə olan məlumatlar əsasında izləyirlər. Aİ sözçüsü eyni zamanda Xankəndi ermənilərinin milli və siyasi hüquqlarının müdafiəsiylə bağlı narahatlıqlarının olduğunu dilə gətirib. Bu, bir daha Azərbaycanın Xankəndi erməniləriylə bağlı Reinteqrasiya proqramını təqdim etməsinin zəruriliyini göstərir.
Xankəndindəki Rusiya “sülhməramlıları” isə yerli separatçılarla müzakirə ediləcək məsələnin olmadığını və buna görə də onlarla təmaslardan imtina ediblər. Moskvadan göstəriş gözlədiklərini bildiriblər.
Aİ nümayəndəsinin verdiyi bəyanat və Rusiya “sülhməramlıları”nın davranışları bir daha göstərir ki, ermənilər 2020-ci ildəki kimi yenə də təklənirlər, ümid etdikləri mərkəzlərdən heç bir dəstək əldə edə bilməyəcəklər.