

İqor mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur
Bakıda “corse”lərin dil, ədəbiyyat və mədəniyyət günləri keçirəkmi?
Linn Treysinin açıqlaması radikal müxalifət liderlərinin qəzəbinə səbəb olub
Ermənistan spikeri Qarabağın statusu barədə nə dedi?
Bəzi yerlərdə polislə etirazçılar əlbəyaxa olub
Keçmiş nazir: “Sərhədlər məsələsi özlüyündə texniki məsələdir, əsas məsələ odur ki...”
Müxalifət gün ərzində daha hansı aksiyaların keçiriləcəyi barədə məlumat verməyib
Azərbaycan sənədi imzalamaqdan niyə imtina etdi?
Robert Köçəryanın oğlu Levon da aksiyalara qoşulub, saxlanılanlar var
Köçəryan-Sərkisyan cütlüyü Paşinyanla Arutunyana qarşı?
Köçəryan-Sərkisyanın klanı yenidən hakimiyyətə gəlsə, ...
Spikerin anası etirazçıları balkondan təhqir edib?
Levon Ter-Petrosyan: “Əgər bu sadə həqiqət başa düşülməsə, ...”
“Etiraz aksiyalarına çıxanların bir çoxu hərbi xidmətdən yayınanlardır”
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Müxalifət tərəfdarları mayın 5-də səhərdən etiraz aksiyalarını bərpa edib
Gürcüstanın öz ərazisindən Ermənistana avtomobil yolu ilə taxıl və qarğıdalı daşınmasına qadağa qoymaq barədə mövqeyinə yenidən baxmağa hazırlaşır. Rəsmi Tiflis bu məsələdə yumşalıb və Ermənistana taxılın avtomobil yolu ilə, TIR-larla daşınmasını qadağan etmək fikrindən daşına bilər.
Rusiyadan və Qazaxıstandan idxal edilən taxılın Gürcüstan üzərindən Ermənistana daşınması məsələsi ətrafında qeyri-müəyyənlik bir müddətdir davam edir. Gürcüstan hökuməti bildirir ki, taxılın avtomobil yolu ilə Ermənistana daşınması ətraf mühitə və yol infrastrukturuna ziyan vurur. Çünki daşıma üçün istifadə edilən TIR parkı köhnəlib, habelə maşınlara normadan artıq yük vurulduğu üçün yollar sıradan çıxır.İndi Gürcüstanın nəqliyyat dəhlizlərini araşdırma Mərkəzinin direktoru Paata Tsaqareşvili bildirir ki, Tiflis bu məsələdə balanslaşdırılmış qərar verməyə hazırlaşır. Və hökumət taxılın avtomobil yolu ilə daşınmasına 2019-cu il oktyabrın 1-dən qadağa qoymaq barədə planını dəyişib.
“Gürcüstan üçün taxılın avtomobil yolu ilə daşınmasına qadağa qoymaq aktual deyil. Hökumət daşıyıcılara seçim imkanı yaratmaq istəyir-taxılı ya avtomobil, ya dəmir yolu ilə daşımaq”,-Tsaqareişvili deyib.
Ermənistanın “Manana Qreyn” adlı iri un istehsalı şirkətinin direktoru Qurgen Nikoqosyan isə bildirib ki, rəsmi bəyanat verilməsə də Tiflisin qadağanı tətbiq etməyəcəyi haqda məlumat var. Bu da Ermənistanın un istehsalçılarına sərf edir. Çünki istənilən məhdudiyyət ziyana gətirib çıxaracaq.
Nikoqosyan deyib ki, əgər Gürcüstan qadağanı tətbiq etsə Ermənistan üçün ən qısa və ucuz marşrut-Yuxarı Lars marşrutu bağlanacaq. Belə olan halda isə taxılı Rusiyanın Novorossiysk limamından Gürcüstanın Poti limanına, oradan isə dəmir yolu ilə Yerevana daşımalı olardılar.
Rusiya taxılını dəmir yolu ilə Ermənistana daşımaq mümkündür, amma Qazaxıstan taxılı üçün bu variant keçərli olmayacaq. Belə ki, Tiflis Qazaxıstandan taxıl daşınmasının həcmini artırmaq istəyir. “Əgər Gürcüstan Qazaxıstandan taxıl nəql edəcəksə o zaman Azərbaycanın dəmir yollarından istifadə edəcək. Bizim isə Bakı ilə diplomatik münasibətlərimiz yoxdur, ona görə də həmin yol Ermənistan üçün bağlıdır”, - Nikoqosyan bildirib.
Qeyd edək ki, Tiflis ilə Bakı arasında razılaşmaya əsasən gürcü tərəfi Azərbaycan ərazisindən nəql edilən yükləri Ermənistana ötürə və ya sata bilməz.
Qazaxıstan taxılının Rusiya üzərindən Ermənistana nəqli isə Nikoqosyana görə sərfəli deyil, çünki bu marşrut baha başa gəlir. (virtualaz.org)
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.