vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
10:30 | 31 mart 2017 | Cümə Məqaləyə 2376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Standart protokol tədbirləridir»

Sərkisyan Qarabağa və digər yerlərə iki döyüş vertolyotunun müşayiəti ilə uçub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəsizliyi ilə bağlı tədbilər son vaxtlar xeyli gücləndirilib. Virtualaz.org xəbər verir ki, bu haqda erməni mətbuatı yazır. Məlumata görə Sərkisyan Dağlıq Qarabağa son səfəri zamanı və Ermənistanın uzaq bölgələrinə səfərlərində vertolyotdan istifadə edib. Üstəlik onun bortunu iki döyüş vertolyotu müşayiət edir.

«Joqovurd» qəzeti yazır ki, bu , təsadüfi deyil. Çünki Dağlıq Qarabağın keçmiş «müdafiə naziri» Samvel Babayan Gürcüstandan «İqla» zenit raketi gətirdiyi üçün həbs olunub. Onun «yüksək vəzifəli şəxslərin vertolyotunu vurmağı planlaşdırdığı» haqda xəbərlər var. İki il əvvəl isə İrəvanda Sərkisyanın təyyarəsini vurmağı planlaşdıran silahlı qrup həbs edilmişdi.

Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sərkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar «sırf standart tədbirlərdir» və Samvel Babayanın həbsi ilə bağlı deyil. «Mən bilmirəm ki, iki döyüş vertolyotunu kim görüb, lakin biz prezidentin təhlükəsizliyindən çıxış edərək belə desək standart protokol tədbirləri həyata keçiririk», - o deyib.