Fransada parlament seçkiləri keçirilir
Makronun partiyasının namizədləri arasında tələbə də var, öküz döyüşdürən də...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
Bazar günü Fransada növbəti parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da başlayan seçkinin axşam saat 19:00-da yekunlaşıb. Bundan bir ay əvvəl Emanuel Makron (Emmanuel Macron) Fransanın ənənəvi siyasi partiyalarının prezidentliyə namizədlərini məğlub edib. Prezident ümid edir ki, onun gənc, mərkəzçi Hərəkətdə olan Respublika (La Republique en Marche) partiyası 577 üzvlük parlamentdə çoxluğu təşkil edəcək.
İki mərhələdə keçirilən parlament seçkilərinin ikinci və sonuncu mərhələsi düz bir həftə sonra keçiriləcək.
Cənab Makronun partiyası qələbə qazanarsa Fransanın iki ənənəvi partiyasını - mərkəzi-solçu Sosialistləri və mərkəzi-sağçı Respublikaçıları - tarixdə ilk dəfə hakimiyyətdən kənara itəliyəcək.
Keçən ay keçirilən prezident seçkilərində Sosialistlər və Respublikaçıların namizədləri İkinci Dünya Müharibəsindən sonra ilk dəfə prezident seçkilərinin ikinci mərhələsinə keçə bilməyiblər.
Millət vəkillərinin əksəriyyətinin parlamentə birbaşa ilkin mərhələdə seçilməsi gözlənilmir.
Yalnız dairələrində 50 faizdən artıq səs toplayan namizədlər seçilmiş sayılacaq. Əks halda ən azı 12,5 faiz səs toplayan namizədlər bir daha gələn həftə keçiriləcək ikinci mərhələdə iştirak etməli olacaqlar.
Cənab Makronun bir il əvvəl təsis etdiyi partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküz döyüşdürən) da var.
Fransanın xarici ərazilərində keçirilmiş seçkilərdə yeni partiyanın namizədləri 11 dairədən 10-da qalib olublar və rəy sorğuları göstərirlər ki, ümumi parlament seçkilərində buna bənzər nəticələrin təkrarlanması heç də gözlənilməz olmaz.
39 yaşlı cənab Makron vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə çoxluğu qazanmalıdır.
Eyni zamanda ifrat sağçı Milli Cəbhə (Front Nationale) və ifrat solçu Əyilməz Fransa (La France insoumise) partiyaları da ənənəvi partiyaların dəbdən düşməsindən faydalanaraq parlamentdə yerlərini artırmağa cəhd edirlər.
Lakin siyasi ekspertlər seçki sisteminin böyük partiyalara üstünlük verdiyini deyirlər.
Son zamanlar baş vermiş terror aktlarına görə seçkilər yüksək səviyyəli təhlükəsizlik tədbirləri ərəfəsində keçirilir.
Seçki günü Fransanın küçələrində 50 min polis zabiti xidmətdə olub.
Yerli vaxtla günorta seçici fəallığı 19,24 faizə çatmışdı. Bu isə 2012-ci ilin seçkilərindən bir az aşağıdır.