Makron parlamenti də götürə bilər
«İrəli, respublika» hərəkatı səslərin üçdə birini götürməyə yaxındır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
Fransa prezidenti Emanuel Makronun (Emmanuel Macron) mərkəzçi partiyası parlament seçkilərinin ilk mərhələsində qalib gəlib. Proqnozlar göstərir ki, prezidentin Hərəkətdə olan Respublika (La Republique en Marche) partiyası və Demokratik Hərəkat 577 üzvlük parlamentdə 445 yeri qazana bilər.
Seçkilərin yekun nəticəsi bazar günü müəyyənləşəcək.
Cənab Makronun partiyası yalnız bir il əvvəl yaradılıb. Partiya namizədlərinin bəzilərinin heç bir siyasi təcrübəsi yoxdur.
Bütün bülletenlər hesablandıqdan sonra məlum olub ki, Hərəkətdə olan Respublika partiyası və Demokratik Hərəkat 32,3 faiz səs qazanıb.
Mərkəzçi-sağçı Respublikaçılar cəmi 16 faiz səs qazanıblar.
Fransanın əvvəlki hakim partiyası Sosialistlər isə səslərin yalnız 7,4 faizini toplaya biliblər.
İfrat-sağçı Milli Cəbhə partiyası səslərin 13,2 faizini, ifrat solçu «Yenilməz Fransa» partiyası isə 11 faizini toplaya bilib.
Amma seçki fəallığı kəskin aşağı olub. 2012-ci ildə keçirilən seçkilərin ilk mərhələsində fəallıq 57,2 faiz olub, lakin bu ilki seçkilərdə bu rəqəm 48,7 faizdir.
Marin Le Pen (Marine Le Pen) partiyasının uğursuz nəticə göstərməsinə görə aşağı fəallığı ittiham edib. O deyib ki, «daha böyük partiyalara kömək edən Fransa seçki sistemində islahatlara ehtiyac var».
Almaniya Kansleri Angela Merkel isə cənab Makronu partiyasının «böyük uğuruna görə» təbrik edib.
39 yaşlı Emmanuel Macron ötən ay prezident seçkilərində Milli Cəbhə partiyasının lideri Marin Le Peni məğlub edib.
O, seçki kampaniyası zamanı vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə çoxluğu qazanmalıdır.
Cənab Makronun bir il əvvəl təsis etdiyi partiyanın namizədləri arasında tələbələr, təqaüdçülər və hətta bir torero (öküz döyüşdürən) da var.
Fransada parlament seçkilərinin ilk mərhələsində qalib gəlmək üçün namizədlər səslərin azı 50 faizini toplamalıdır.
***
01:55
Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
«RİA Novosti» xəbər verir ki, səslərin 75,7 faizinin hesablanmasından sonra Makronun «İrəli, respublika» hərəkatı 26,9 faiz, ən böyük müxalifət partiyası «Respublikaçılar» 15,8 faiz, Marin Le Penin partiyası «Milli cəbhə» 14,4 faiz, Jan Lyuk Melanşonun partiyası «Təslim olmamış Fransa» 10,6 faiz, sabiq hakim partiya «Sosialist partiya» isə 7,5 faiz səs toplayıb.