Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?
«Onu dinamik dəyişiklik rəmzi saymaq olmur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
-
Külündən doğan “Simurq”
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
-
Özbək kinosuna üçgünlük baxış
Aktual, düşündürücü, vacib mövzular ...
-
Onlarda da gəlin “süpürgə” olmadı...
Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
Konstitusiya dəyişikliklərinin təşəbbüsçüsü olub
Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?
-
ABŞ-dan Özbəkistana çağırış
Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
-
Özbəkistan qərarını verdi
Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
-
Qaraqalpaqda rus barmağı
Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür
-
“Öncəgörən” Lukaşenko
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
-
Rusiyanın Özbəkistan planları
Putin: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq”
-
“Vahid vətən – ortaq tale”
Özbəkistan separatizmdən qorunmaq istəyir
-
Türan ordusu yaradılır?
Özbəkistan görüşünün detalları ...
-
Eyni acı tarixi bölüşən iki qardaş ölkə
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
-
İldırım sürətli İT inkişaf
Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır
«The Guardian» yazır ki, bu günlər Özbəkistanda hamının dodağında bircə kəlmə var: dəyişiklik. «Dəyişikliklər baş verir, həyat yaxşılaşır», - Daşkəndin 20 yaşlı sakini Akrom Abdurahimov deyir. «Hər gün yuxudan oyanırıq və nə isə fərqli bir şey eşidirik», - bunu da dəbdəbəli kafedə çay içən Nadira İlhamova deyir.
«Dodaqlarda bir ad da var: Şavkat Mirziyoyev», - yazır qəzet, - İndi Özbəkistanda onun adını çəksəniz, hamı dərhal baş barmağını dik tutmaqla cavab verəcək.
Məqalədə deyilir ki, ötən il Özbəkistanın avtoritar lideri İslam Kərimovun ölümündən sonra Mirziyoyev hakimiyyətə gələndən bəri dünyanın ən qaranlıq diktatorluqlarından biri işıqlanmağa başlayıb. Əlbəttə, hələlik bunu tam açıqlıq adlandırmaq olmaz.
«The Guardian» yazır ki, 60 yaşlı, saçları çallaşan Mirziyoyev 13 il Kərimovun baş naziri olub və onu dinamik dəyişiklik rəmzi saymaq olmur. Lakin bununla belə, o artıq bir neçə nəzərəçarpacaq islahatlara başlayıb.
O bir neçə siyasi məhbusu azad edib, uzun illər ölkədə non-qrata elan edilmiş beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrini salamlayıb, medianı sıxan məngənəni boşaldıb və öz işlərini qoyub zorla pambıq yığmağa göndərilən minlərlə insanı məcburi əməkdən qurtarıb.
«The Guardian» yazır ki, Kərimovun 27 illik hakimiyyəti dövründə siyasi repressiya və iqtisadi durğunluq altında inləyən 34 milyonluq bu ölkədə indi hamı «siyasi istiləşmədən» söz açır. Bu nədir? «Özbək baharımı?» Həqiqətənmi Mirziyoyev totalitar Özbəkistana demokratiya gətirir?
Mirziyoyevin özü bu suallara müsbət cavab verir. O ədalətli və demokratik bir cəmiyyət qurmaq niyyətində olduğunu deyir.
Bunlar doğrudan da həyəcanverici bəyanatlardır. Kərimovun hakimiyyəti altında Özbəkistan despotizmin sinoniminə çevrilmişdi. Burada media boğulur, dissidentlər həbsxanalara atılır, adamlar zorla pambıq yığmağa məcbur edilirdi. Bütün bunlara qarşı çıxanlarla isə 2005-ci ildə Əndicanda gülləbaran edilmiş nümayişçilər kimi rəftar edilə bilərdi.
«Bu Özbəkistan xalqı üçün ümid çağıdır, - yazırlar «Human Rights Watch» təşkilatından Stiv Sverdlov (Steve Swerdlow) və Hağ Uilyamson (Hugh Williamson), - lakin bu həm də sözlərin əmələ çevrilməsinin başlanğıcı olmalıdır». Onlar Özbəkistana səfərdən yenicə qayıdıblar.
Bu ölkədə indi yeni prezident Mirziyoyevə ümidlər doğrudan da böyükdür.
«O göstərmək istəyir ki, onun gəlişi ilə hər şey başqa cür olacaq, - deyir biznesmen Pulat İbrahimov, - O bir çox şeyləri dəyişir, çünki bu dəyişikliyi adamlar istəyirlər. Biznesə daha çox azadlıq verilməlidir ki, daha çox iş yerləri yaradılsın».
İndi Daşkənddə qara bazardan, daha doğrusu onun yoxa çıxmasından danışırlar. Bu bazarda dollarları qalaq-qalaq özbək puluna dəyişən valyutaçıları görə bilməzsiniz. Onlar prezident milli valyutanın islahatına başlayandan bəri yoxa çıxıblar.
Adamlar ümid edirlər ki, prezidentin niyyət və sözləri əmələ çevriləndə həyat daha da firavan olacaq və bu ailəsini dolandırmaq üçün Rusiyaya yollananların axınının qarşısını kəsəcək.
Lakin İbrahimov deyir ki, adətən siyasi liberallaşma iqtisadi liberallaşmadan daha uzun müddət tələb edir. İbrahimov qarşıdan gələn 5-10 ilə ümid bağlayır.
Biznesmen deyir ki, Mirziyoyevin Kərimov əsgəri olduğunu və saxta seçkidə 89 faiz səslə qalib gəldiyini unutmaq olmaz.
«Bunu yaxşı bilin: Mirziyoyev demokrat deyil. O təpədən dırnağa avtokratdır» - deyir Vaşinqtondakı Respublikaçılar İnstitutunun təhlilçisi Bəxtiyor Nişanov.
Ekspertin fikrincə, Mirziyoyevin əsas məqsədi ölkəni iqtisadi durğunluqdan çıxarmaqdır və bunun naminə o yalnız cüzi demokratik dəyişikliklərə gedə bilər.
Bu dəyişikliklərdən bəziləri baş verir: Həkimlər, müəllim və tələbələr pambıq tarlalarına göndərilmirlər. BBC Özbək xidmətinə onun çoxdan qapadılmış ofisini yenidən açmaq icazəsi verilib. Minlərlə siyasi məhbusdan beş-altısı azad olunub.
Lakin eyni zamanda ötən həftə Özbəkistanın dissident yazıçısı Nurullo Otahonov Türkiyə sürgünündən qayıdarkən Daşkənd hava limanında həbs edilib. O da Özbəkistanda siyasi istiləşmənin baş verdiyini güman etmişdi. Onu yalnız dörd gündən sonra azad ediblər.
«Yuxarılardakı vəziyyət dəyişir. Bu dəyişikliyin aşağılara çatmasına 5-10 il, bəlkə də 50 il lazım gələ bilər», - deyir İlhamova.