vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
23:40 | 8 iyul 2022 | Cümə Məqaləyə 1034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Konstitusiya dəyişikliklərinin təşəbbüsçüsü olub

Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistan prezidenti Şavkat Mirziyoyev silahlı qüvvələr baş qərargahının rəisini vəzifəsindən azad edib. Şərhçilər bunu ölkənin Qaraqalpaqıstan bölgəsində ötən həftə baş vermiş zorakı etirazlarla izah edirlər. Bu, son 17 ildə Mərkəzi Asiyada ən pis zorakılıq hesab olunur.

Zeynalabdin Nizaməddinovun vəzifədən kənarlaşdırılmasının rəsmən onun səhhəti ilə bağlı olduğu bildirilir. Lakin Mirziyoyevin administrasiyası hadisə ilə bağlı heç bir şərh verməyib. 49 yaşlı Nizaməddinov Mirziyoyevlə 2016-cı ildən bəri sıx ittifaqda çalışıb. Həmin vaxt o prezident administrasiyasının rəhbəri kimi ölkənin ən qüdrətli siyasi fiqurlarından biri hesab olunurdu.

Rəsmilər bildiriblər ki, o, Qaraqalpaqıstanda etirazlara səbəb olmuş Konstitusiya dəyişikliklərinin təşəbbüsçülərindən biri olub. Bu dəyişikliklərə görə Qaraqalpaqıstan Respublikasının suverenliyi məhdudlaşdırılmalı, onun Özbəkistanın tərkibindən çıxmaq hüququ ləğv edilməliydi. İndiki Özbəkistan Konstitusiyasında Qaraqalpaqıstanın suveren qurum olduğu və referendum yolu ilə müstəqillik əldə etməsinin mümkünlüyü təsbit edilib.

***

Əksərən türkdilli qaraqalpaqların yaşadığı bu respublika hətta sovet dövründə suveren hesab olunurdu.

Özbəkistan Konstitusiyaya dəyişiklik təkliflərini iyunun 27-də elan etdikdən sonra Qaraqalpaqıstanın paytaxtı Nukusda etiraz aksiyaları başlanıb.

Bu etirazların gedişində 18 nəfərin həlak olduğu və 243 nəfərin xəsarət aldığı bildirilir. İnsan haqları müdafiəçiləri və siyasi mühacirət ölüm rəqəminin qat-qat çox olduğunu iddia edirlər. Mirziyoyev iyulun 2-də Konstitusiyaya dəyişiklik təkliflərinin geri götürüldüyünü bəyan etməyə məcbur olub. Özbəkistan prezidenti daha sonra Qarqalpaqıstanda baş verən etirazların xaricdən qızışdırıldığını demişdi.

ABŞ və BMT Özbəkistan hakimiyyətini Qaraqalpaqıstan ölümlərinin müstəqil və şəffaf araşdırılmasına çağırmışdı. Özbəkistanın Əndican vilayətində 2005-ci ildə baş vermiş etirazların gülləbaran edilməsi nəticəsində yüzlərlə insanın həlak olduğu bildirilmişdi.