vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TÜRK DÜNYASI  
09:47 | 23 iyun 2022 | Cümə axşamı Məqaləyə 1123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eyni acı tarixi bölüşən iki qardaş ölkə

Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi

Rəşad BAKUVİ
Azərbaycan Yüksəliş Partiyası başqan müavini

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistan Azərbaycana nə qədər doğmadırsa, Azərbaycan da Özbəkistana o qədər doğmadır. Azərbaycanda 10 milyon özbək yaşayırsa, Özbəkistanda da 35 milyon azərbaycanlı yaşayır! Təbii, söhbət pambıqçılıq yarışlarında, Sovet vaxtının ədəbi-elmi, mədəniyyət, teatr günlərində yaranan doğmalıqdan getmir. Son yüz ildə etmədikləri pislik, cinayət qalmayan rus-bolşevik-daşnak terror-repressiya ideologiyasının qurbanları sırasında, xəbəriniz olsun ki, azərbaycanlılar qədər qardaş özbək xalqı da var. Yəni rus şovinizmindən, imperializmindən az çəkməyən Türk xalqlarından biri də özbəklərdir.

Hələ 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə erməni Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə 3 gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. “Улуғ Туркистон” qəzetində: “Ermənilər xüsusilə fərqlənirdi...” deyə qeyd olunub. Görürsünüz, bu murdar qövmün türklərə patoloji nifrəti o qədər dərindir ki, hətta özbək xalqına qarşı da terror, soyqırım əmrinə müntəzir olublar, ta uzaq Orta Asiyada da rusların cinayət aləti missiyasını canla-başla yerinə yetiriblər. Elə bu səbəbdəndir ki, hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. 

Ötən əsrin 30-cu illərində böyük ziyalılarımızı, aydınlarımızı, qiymətli insanlarımızı bizdən alıb o dünyaya aparan yenə rus bolşevizminin (təbii həm də Stalin repressiyaları deyək) kütləvi repressiyalarından quru canını xilas edə bilən on minlərlə azərbaycanlı məhz qardaş Özbəkistanda özlərinə sığınacaq tapa bilmişdilər. Özbəkistanda qalıb yaşayan həmin azərbaycanlılar zaman keçəcək çoxalaraq Özbəkistanın siyasi, iqtisadi, sosial-ictimai həyatında mühüm rol alacaqdılar.

1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra daşı daş üstə qalmayan, az qalsın yoxa çıxan Daşkənd şəhərinin bərpasında, yenidən qurulmasında azərbaycanlılar da yaxından iştirak ediblər. Ümumiyyətlə, Özbəkistan azərbaycanlıların ictimai planda ciddi, işlək və dinamik diaspor təşkilatı formalaşdıra bildiyi çox nadir ölkələrdən biridir. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir və təbii, bu, sevindirməyə bilməz. 

Türk düşməni Mixayıl Qorbaçov Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycana və azərbaycanlılara necə qanlı tarix yaşadıbsa, bundan öncə qardaş özbəklərə də eyni acı taleyi yaşatmağa fürsət tapıb. SSRİ rəhbərliyi onsuz da uzun illərdən bəri idi ittifaqın türk xalqları arasında münasibətlərin dərinləşməməsi, əlaqələrin, simsarlıqların tamamilə qırılması, milli kimliyin çirkin ideologiyalar fonunda əriyib yox olmasından ötrü hər şey edirdilər, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı Azərbaycan və özbək xalqları məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar. Elə bunun nəticəsi idi ki, 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsidir. Hadisələrin əsas səbəbkarı və təşkilatçısı kimi müxtəlif mənbələr tərəfindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus: КГБ) göstərilib. Məhz 20 Yanvar və Sumqayıt hadisələrində də eyni dəst-xətti görmək mümkündür. 

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. 

Bakıda, İçəri şəhərdə yerləşən XV əsrə aid olan Buxara karvansaranı məhz Mərkəzi Asiyadan (daha çox Səmərqənddən) paytaxtımıza gələn tacirlərin inşa etdirdiyini, yəqin, indiki nəsil insanlarımızdan çox az adam bilir. Bundan qabaq yaşayıb-yaratmış dahi mütəfəkkir Əlişir Nəvainin öz məşhur “Xəmsə”sini məhz dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə aldığı hər kəsə məlum faktdır. İndi həm Özbəkistanda, həm də Azərbaycanda hər iki dahinin şərəfinə böyük abidə kompleksləri ucaldılıb, küçə, prospekt adları var. 

XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri də Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

Ola bilsin, xəbəriniz yoxdur, fəqət deyim bilin ki, azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın, ehtiramın və hörmətin parlaq nümunələrindən biri kimi, Azərbaycan paytaxtının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsini qeyd etmək olar. 

Əslində, daha çox şey yazmaq olar, ancaq uzatmaq istəmirəm. Məncə, bunları bilmək də az deyil və hər bir azərbaycanlının, özbəkin yaddaş səhifələrində bu qiymətli informasiyaların olması iki qardaş xalq və ölkə olaraq bizi bir-birimizə daha da bağlayacaq, simsar edəcək. Biz bir gerçəyi unutmamalıyıq ki, Uyğur-lardan tutmuş Avropanın şərqindəki Macarlara qədər 8 milyon kvadratkilometr altı-üstü zəngin bir coğrafiya, 450 milyona yaxın bir toplum olaraq biz öz şanlı keçmişimizə, milli kimliyimizə, taleyimizə və gələcəyimizə sahib çıxmalıyıq ki, qurda-quşa yem olmayaq. Bu isə, çoxşaxəli birlikdəlikdən, nüvəsində TURAN ideologiyası dayanan Vahid Güc Mərkəzi olmaqdan keçir!

Özbək xalqı və dövləti müstəqillik əldə olunandan üzü bu yana bütün beynəlxalq siyasi platformalarda Azərbaycanın və onun xalqının yanında olan yeganə Orta Asiya ölkəsi olmuşdur. Bu mənada Özbəkistanı xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açıq və cəsarətli bir mətnlə Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Qardaşlığımız tam olsun!