
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
... və ya “dil pəhləvan”ın yeni macəraları
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
“İmzalanan sənədlər yaxın gələcəkdə Özbəkistan ilə Azərbaycan arasında hərbi texniki və hərbi təhsil sahəsində, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşəcəyini ehtimal etməyə əsas verir. Burada Azərbaycanın və Özbəkistanın ortaq birgə layihələr həyata keçirməsi də istisna edilmir”. Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistan səfəri Türk Blokunun yaradılması istiqamətində ilkin addımlardan biri hesab edilə bilər: “Özbəkistanın kifayət qədər ciddi hərbi texniki potensialı mövcuddur. Azərbaycanın da müdafiə sənayesi məhsulları Özbəkistan üçün kifayət qədər maraqlıdır. Ortada bir Türkiyə faktorunun olduğunu da nəzərə alsaq, o zaman Orta Asiya, Qafqaz və Türkiyə arasında maraqlı bir üçbucaq yaranır ki, bu da yaxın gələcəkdə Özbəkistanın Türk dövlətləri ilə əməkdaşlığının genişlənməsi bəlkə də Türk Dövlətləri Təşkilatı çərçivəsində hansısa bir hərbi blokun yaranmasını da istisna etməməliyik. Amma bu, gələcəyin işidir.
Hazırda regionda, Orta Asiyada, Avropada, Yaxın Şərqdə baş verən proseslər fonunda biz nəzərə almalıyıq ki, hər bir ölkə təhlükəsizlik baxımından özünü daha zəmanətli bir ittifaqda, birlikdə görməkdə maraqlıdır. Bu baxımdan da Özbəkistanın Azərbaycan və Azərbaycan üzərindən Türkiyə ilə daha sıx əlaqələr qurmaqda maraqlı olması heç də təəccüblü deyil.
Dili bir, dini bir, kökləri bir, mədəniyyəti bir olan xalqların, tərcüməçiyə ehtiyac duymadan bir-birini anlayan xalqların iqtisadi, siyasi, hərbi sahədə daha geniş miqyasda və dərindən əməkdaşlıq etməsi çox təbiidir. Bu (Azərbaycanla Özbəkistan arasında son təmaslar – red.) , gələcəkdə TURAN birliyinin, Türk birliyinin, Türk İttifaqının, Türk Blokunun ilkin toxumları kimi də dəyərləndirilə bilər”. (Milli.Az)