Putin demoqrafik vəziyyətin pisləşdiyini deyib
Rusiyada hökumət doğuşu artırmaq üçün il yarım ərzində hər ay 180 dollar müavinət vəd edilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiyada yaşamaq iznini asanlaşdıran fərman
Üstünlük hansı əcnəbilərə şamil olunacaq?
Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də ölkədə doğum reytinin artırılmasına xidmət etməli olan bir sıra islahatların həyata keçiriləcəyini bəyan edib.
Ötən illərdəki azacıq yaxşılaşmadan sonra Rusiya əhalisinin artımı yenə də azalmaqda davam edir.
Moskvada 2012-2017 Milli Uşaq Strategiyasının icrasına həsr edilmiş prezident şurasında çıxış edən Putin deyib ki, «bu gün Rusiyanın demoqrafik vəziyyəti pisləşməkdədir».
O bildirib ki, bu meyl öncədən proqnozlaşdırılmışdı və bundan əvvəlki demoqrafik tənəzzülün nəticələri ilə bağlıdır.
Prezident bildirib ki, 1990-cı illərin sosial sferada yaratdığı əhali tənəzzülü «təxminən İkinci Dünya Müharibəsinin əhali sayına təsiri qədər olub».
Prezident deyib ki, hökumət özünün demoqrafik inkişaf siyasətinə yenidən baxacaq və əsas diqqət aşağı gəlirli ailələrə yönəldiləcək.
Vladimir Putin ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılmasını özünün üç prezidentlik müddətinin prioriteti elan etmişdi.
Noyabrın 28-də etdiyi çıxışda Putin dünyaya ilk uşaqlarını gətirmiş ailələrə yanvarın 1-dən yeni müavinətlərin ödənəcəyini elan edib.
Rusiya lideri deyib ki, hökumət bu sxemin icrası üçün 2,4 milyard dollar vəsait ayıracaq. Onun sözlərinə görə, bu, hər bir Rusiya qadınına doğuşdan sonrakı 18 ayda hər ay 180 dollar müavinət verilməsinə imkan yaradacaq.
Hazırda 146,9 milyon nəfər əhalisi olan Rusiyada əhali 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri 5 milyon nəfər azalıb.
SSRİ-nin dağılmasından dərhal sonra Rusiya dərin demoqrafik böhrana yuvarlanıb, yaşayış standartları düşüb, doğum reydi kəskin azalıb.
Bundan sonrakı dövrdə demoqrafik vəziyyət bir qədər yaxşılaşsa da, indi Rusiyanın əhali artımı azalmaqda davam edir.
Rusiyanın dövlət statistika qurumunun rəqəmləri vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. Məsələn 2016-cı ilin yanvarı ilə 2017-ci ilin oktyabrı arasında ölənlərin sayı 106 min 200 nəfər olub. Həmin dövrdə əhali cəmi 18 min 200 nəfər artıb.