
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
... zəhərli siyasət
“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
O, Leninin yolunu təkrarlaya və imperiyanı bərpa edə bilərmi?
Putin doğma şəhərində gəzintiyə çıxdı
Navalnayanın təzyiqi nəticə verdi
Rusiya prezidenti Vladimir Putin və Çeçenistan lideri Ramazan Kadırov Putinin 13 ildən sonra Şimali Qafqaza ilk səfəri zamanı Ukraynaya qarşı döyüşməyə hazırlaşan çeçen əsgərləri və könüllüləri yoxlayıb.
Rusiyanın bir hissəsi olan müsəlmanların çoxluq təşkil etdiyi bölgəyə elan olunmamış səfər Moskvanın İkinci Dünya müharibəsindən sonra Rusiyanın ən böyük işğalından iki həftə sonra Ukrayna qoşunlarını Kursk bölgəsindən sıxışdırıb çıxarmaq üçün mübarizə apardığı vaxta təsadüf edir.
Putin Çeçenistanın Qudermesdəki Rusiya Xüsusi Təyinatlı Universitetində əsgərlər qarşısında çıxış edib: “Nə qədər ki, sizin kimi oğullarımız var, biz məğlub olmayacağıq. Burada atıcılıq meydançasında atəş açmaq başqa, həyatınızı və sağlamlığınızı təhlükəyə atmaq başqa şeydir. Amma vətəni müdafiə etmək və belə bir qərar qəbul edəcək cəsarətə sahib olmaq üçün güclü iradə lazımdır”.
Kadırov dünənki görüşdə Putinə deyib ki, Çeçenistan müharibə başlayandan bəri Ukraynaya qarşı döyüşmək üçün 47 mindən çox əsgər, o cümlədən 19 mini könüllü göndərib.
Birləşmiş Ştatlar Kadırova qarşı 2020-ci ildə insan haqlarının pozulmasına görə, 2022-ci ildə isə çeçen qoşunlarını Ukraynaya qarşı döyüşmək üçün səfərbər etdiyinə görə sanksiyalar tətbiq edib.
Ukraynanın Rusiya ərazisinə və qismən Rusiya qüvvələrinin nəzarətində olan Ukraynanın cənub-şərqindəki Donbas bölgəsinə qəfil hücumuna toxunan Putin, “Terrorçularla mübarizə apardığımız kimi, bu gün də Kursk bölgəsində, Donbasda cinayət törədənlərlə mübarizə aparmalıyıq. Cinayətkarları cəzalandıracağıq. Buna heç bir şübhə yoxdur”.