
“Rusiya, sus!”
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
Nəqliyyat nazirini işdən çıxardı
Prosesi diqqətlə izləyən Kreml Çeçenistanı kim həvalə edəcək?
Putin Leinini niyə sevmir?
Hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar
Putinin zəhərli ideologiyası epidemiya kimi yayılır
Metamorfoz – Putin və Rusiya dövləti gerçək ayıya çevrilir...
Putinin III Dünya müharibəsi ilə bağlı açıqlaması: “Ehtimal artır”
İlk dəfə Merz haqqında danıan Putin Almaniyaya xəbərdarlıq edir
Putin: “Rus əsgərinin ayaq basdığı hər yer ...”
Putin Rusiya iqtisadiyyatı ilə bağlı xəbərdarlıq etdi
Hitler, Putin və Trampa narsisizm bucağından baxış və psixoloji araşdırma
Tramp: “Bir məsələdə həmfikirik”
9 milyon sursat, minlərlə əsgərlə birlikdə
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
Rusiya ilə ABŞ arasında söz savaşı
Rusiya prezidenti Vladimir Putin ötən gecə (çərşənbə axşamı) Çeçenistana gəlib. Bu, Kreml rəhbərinin 2011-ci ildən sonra ilk səfəri idi. “France Press” Agentliyinin məlumatına görə, Kadırov “Telegram”da, “Rusiya prezidenti Vladimir Vladimiroviç Putin Çeçenistan Respublikasına gəlib. Bu səfər çərçivəsində hərtərəfli proqram nəzərdə tutulub”, – yazıb.
Rusiya televiziyası vertolyotdan enən və uçuş-enmə zolağında Kadırov və onun müavinləri tərəfindən qarşılanan Putinin görüntülərini yayımlayıb.
“İnsanlar xoşbəxt olacaqlar. Onlar prezidentin respublikaya gəlməsinə çox sevinəcəklər. Bizim üçün bu, həvəsləndirici və enerji verən bir mənbədir”, – deyə Kadırov jurnalistlərə bildirib.
Çeçenistan liderinin sözlərinə görə, Putin səfərinə 2004-cü ildə ekstremist qiyamçılar tərəfindən öldürülənə qədər respublikanın rəhbəri olmuş atası Əhməd Kadırovun məzarını ziyarət etməklə başlayıb.
Putinin Çeçenistana gəlişi Qafqaz regionunda yerləşən Şimali Osetiya respublikasının Beslan şəhərinə səfərindən sonra olub. Putin Beslanda çeçen radikal yaraqlıları tərəfindən 300-dən çox insanın ölümü ilə nəticələnən əməliyyat zamanı girov götürülən məktəbdə olub.
Çeçenistan 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində getdikcə daha radikallaşan və 2015-ci ildə İŞİD-ə tabe olaraq bütün regiona yayılan separatçı üsyan zamanı Rusiya federal qüvvələri ilə iki qanlı toqquşmaya səhnə olub.
Rusiya prezidenti Vladimir Putin 2004-cü ildə Beslan məktəbi mühasirəsinin qurbanlarının dəfn olunduğu Mələklər şəhəri qəbiristanlığına gül qoyub.
Putinin səfəri Ukrayna qüvvələrinin avqustun 6-dan Rusiya sərhəddindəki Kursk bölgəsinə hücuma keçərək onlarla kənd və qəsəbəni ələ keçirdiyi vaxta təsadüf edir.
Çeçen qüvvələri Ukraynanın hücumunu dəf etmək üçün Kurskda yerləşdirilib.