
Kabil və Moskva terrorlarının arxasındakı ad
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
Talibanın 90 min kameralı müşahidə şəbəkəsi qurdu, üztanıma sistemindən də istifadə edilir
... Yaxud xalqı 3 illik vergidən azad edən qənimət
Taliban tərəfindən bağlanan qadın radiostansiyası yenidən efirə çıxıb
Hücum əldəqayırma partlayıcılardan istifadə edilməklə həyata keçirilən terrorda 5 nəfər ölüb
Əfqanıstanda Azərbaycanın maliyyə dəstəyi ilə təhsil mərkəzi açılıb
Taliban əfqan məhbusu qarşılığında iki amerikalını azad edib
Taliban hökuməti daxilində qızların təhsili ilə bağlı müzakirələr üzə çıxıb
Əfqanıstan administrasiyası BRİCS sammitinə heyət göndərmək istəyir
Talibanın qadağaları Əfqanıstandakı kişiləri də vurdu
Kişilərə baxması qadağan edilən zərif cinsin nümayəndələrindən Talibana sərt etiraz
Xüsusən də ABŞ-ın çəkilməsindən sonra unudulan ölkə zülmətə girəcəkmi?
2 nəfər həlak olub
Manija Talaş diskvalifikasiya edilsə də əfqan qadınların səsini dünyaya çatdırdı
İran 2 milyon insanı deportasiya edəcək
“Administrasiyasının imicini əməkdaşların təhlükəsizliyindən üstün tutub”
Taliban rejimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Riçard Bennetin ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
Almaniyanın “Deutsche Welle” (DW) xəbər kanalına verdiyi açıqlamada müvəqqəti hökumətin sözçüsü Zabihullah Mücahid bildirib ki, əksər beynəlxalq qurumlar, xüsusilə də BMT “qərəzli” və “düşmən”dir.
Mənzil qərargahı Kabildə olan BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəsmiləri ilə görüşlər keçirdiklərini qeyd edən Mücahid, lazımi xəbərdarlıqları etdiklərini və BMT-nin insan haqları ilə bağlı dərc etdiyi hesabatları rədd etdiklərini bildirib.
Mücahid BMT məruzəçisi Bennetə hörmət etmədiklərini və onun Əfqanıstana getməyə icazəsi olmadığını bildirərək “Əfqanıstana qarşı təbliğatı” buna səbəb kimi göstərib.
Mücahid aşağıdakı ifadələrdən istifadə etdi: “Cənab Bennetin Əfqanıstana gəlməsinə qadağa qoyulub. Çünki ona Əfqanıstan üçün təbliğat aparmaq tapşırılıb. O, bizim etibar edə biləcəyimiz biri deyil. O, Əfqanıstanda deyil və təbliğatla məşğul olduğu üçün gəlməyə icazəsi yoxdur. O, kiçik məsələləri çox şişirdib və digər qurumlara yalan məlumat verib”.
Sözügedən qurumların Əfqanıstanda baş verən müsbət inkişafları görmədiklərini və zəif gördükləri mövzulara diqqət yetirdiklərini ifadə edən Mucahid, “Əfqanistan əleyhinə təbliğat aparmağa çalışırlar”, – deyib.
2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra ümumi amnistiya elan etdiklərini açıqlayan Mücahid hesabatların mövzusu olan və ümumi amnistiyanı pozan məmurların cəzalandırıldığını bildirib.
Bennett 2022-ci ilin aprelində BMT-nin Əfqanıstanda İnsan Haqları üzrə Xüsusi Məruzəçisi təyin edilib. O ölkədəki insan haqlarının vəziyyəti ilə bağlı hazırkı administrasiyanı tənqid etmişdi.
Taliban rejimi iddia edir ki, beynəlxalq ictimaiyyətin, xüsusilə insan haqları məsələlərinə dair hesabatları “Əfqanıstan reallıqlarına ziddir”.