Şərif ABŞ-İran danışıqları üçün bölgəyə gedir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
11:10 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 423 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
4 mindən çox kənd su altında
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində həyata keçirilən dörd ayrı silahlı terror hücumu nəticəsində 8-i təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 11 nəfər həyatını itirib.
Pakistanın daxili işlər naziri Mühsin Nəkvi yazılı açıqlamasında bildirib ki, Hayber Paxtunxvada sərhəd mühafizəçilərini daşıyan nəqliyyat vasitəsi silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində 3 hərbçi və bir sürücü ölüb.
Peşəvər bölgəsində isə dünən naməlum silahlılar mülki avtomobili atəşə tutublar. Hücum nəticəsində bir polis müfəttişi də daxil olmaqla üç nəfər həlak olub.
Əyalətin Lakki Marvat bölgəsində isə sərhəd mühafizəçisi məzuniyyət zamanı silahlı hücuma tuş gəlib və yerindəcə öldürülüb.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) açıqlama yayaraq bildirib ki, Bəlucistanın Mastunq bölgəsində təhlükəsizlik qüvvələrinin avtomobili əldəqayırma partlayıcı ilə hədəfə alınıb. Hadisə nəticəsində daha üç hərbçi ölüb.
Ordu qüvvələrinin bölgədə başladığı cavab əməliyyatlarında isə azı dörd silahlı şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, son illər silahlı hücumlar xüsusilə Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva və Bəlucistan əyalətlərində daha da intensivləşib. Hər iki əyalətdə etnik haqları müdafiə etdiyini iddia edən silahlı qruplar mütəmadi olaraq həm təhlükəsizlik qüvvələrinə, həm də mülki şəxslərə hücumlar təşkil edirlər.
İslamabad rəhbərliyi, Pakistan Talibançılarının (TTP) Əfqanıstanda yerləşərək hücumları oradan planlaşdırdığını bildirir. Əfqanıstan hakimiyyəti isə bu iddiaları rədd edir.
Bəlucistanda isə separatçı silahlı təşkilat olan Bəlucistan Azadlıq Ordusu (BLA) fəallığı ilə seçilir. Qrupa görə, Bəlucistan Pakistanın tərkibindən ayrılmalı və bu ərazi yalnız Bəluc xalqı tərəfindən idarə olunmalıdır.