vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
09:41 | 16 fevral 2019 | Şənbə Məqaləyə 2547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dubayda əmlak xaosu

Qiymətləri sürətlə düşür, tikinti işləri dayandırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya varlılarının əmlak investisiyaları üçün ən çox üstünlük verdiyi yerlərdən biri olan Dubayda əmlak qiymətləri sürətlə düşür.

“Knight Frank”ın yaydığı hesabata istinadən xəbər verir ki, Dubay son iki ildə qiymətlərin ən çox düşdüyü əmlak bazarı olub. 2015-ci ildə ən yüksək səviyyəyə qalxan qiymətlər o zamandan bu yana 25 faiz geriləyib.

Hesabata görə, neft qiymətlərinin düşməsi, ətraf ölkələrdə valyutaların dəyər itirməsi və Yaxın Şərqdə baş verən geosiyasi gərginliklər qiymətlərin düşməsinin əsas səbəbləridir.

Tikinti sektoru, Dubay iqtisadiyyatında "açar" rola malik olduğu üçün qiymətlərin süquta keçməsi şəhərin maliyyə sektoruna da çox mənfi təsir edir.

Dubay Avropa, Hindistan, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin sərvətlərini cəlb etmək üçün daim yeni tikinti layihələri aparmağı bir strategiya kimi müəyyən etmişdi.

Şəhər hələ də aktiv olaraq çalışan 1200 kran ilə dünyanın ən böyük tikinti meydançalarından biridir, ancaq, bu vəziyyət tələbatdan çox olan mənzil və ofis tikintisinə səbəb olaraq qiymətlərin daha da düşməsinə təzyiq göstərir.

“Jones Long LaSalle”in proqnozuna görə, bu il Dubayda 31,000 yeni mənzil tikintisi başa çatacaq, ancaq yetərli sayda alıcı yoxdur.

Qiymətlərdəki tənəzzül meyli böyük layihələrdə çox daha aydın görünür. Dünyanın ən yüksək binası olaraq məşhurlaşan Bürc Xəlifədə tək otaqlı studiya mənzil 2014-cü ildə 1 milyon dollara alıcı taparkən, bu gün 550 min dollara satışa çıxarılır.

Dubay sahili ortalarında 300 süni ada yaradılması ilə başlayan “The World” adlı layihədə yalnız bir adanın üzərində tikinti aparılıb. Palma şəklində yaradılan süni adalarda da tikinti işləri dayandırılıb.