vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ASİYA  
23:18 | 5 iyul 2019 | Cümə Məqaləyə 2858 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dozanın əndazəsini aşan şahzadə

Eyş-işrət, narkotik və “əyləncəli” son

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhər əmiri, Şeyx Sultan bin Məhəmməd Əl-Qasıminin oğlu, şahzadə Şeyx Xalid bin Sultan əl-Qasımi İngiltərədə ölməsi ilə bağlı xəbər vermişdik.

Belə şübhəli ölümlər xüsusilə də tanınmış şəxslərin bu cür vəfat etməsi hər zaman dünyanın diqqətini çəkir.

Konkret.az hadisə ilə bağlı bəzi təfərrüatları təqdim edir.

Şahzadə Şeyx Xalid bin Sultan əl-Qasıminin ölümünün səbəbi ilk gün bilinməsə də, hazırda onun evində təşkil etdiyi seks əyləncəsi zamanı öldüyü iddia edilir. Əyləncədə iştirak edən bəzi qonaqların bildirdiyinə görə, 39 yaşlı şahzadənin yüksək miqdarda narkotik qəbul etdiyi üçün öldüyünü bildirib. İngiltərə polisi də bu iddiaları təkzib etmədiyi kimi rəsmi açıqlama da vermir. Mənbənin dediyinə görə, polis şeyxin ölümü ilə bağlı təhqiqatın məxfi qalmasına çalışır.

İyulun 2-də ölü tapılan şahzadə dünən dəfn edilib. 39 yaşlı Xalid bin Sultan Əl-Qasimi Şarja əmiri şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin üçüncü oğlu idi.

Şeyxin ölüm səbəbi ilə BƏƏ-də bütün bayraqlar yarıya endirilib və ölkədə 3 günlük matəm elan edilib. Şeyxin yaxın dostu və keçmiş iş ortağı da onun haqqında dəfn mərasimində jurnalistlərə açıqlama verib. O şahzadə Şeyx Xalid bin Sultan əl-Qasıminin mötəşəm bir insan, yaxşı bir dost və bacaraqlı iş ortağı olduğunu bildirib.

Şeyx Xalid bin Sultan əl-Qasımi 9 yaşından İngiltərədə yaşayırdı, o Londonda “Tonbridge School”da təhsil alıb və 2008-ci ildə “Qasimi Homme” adlı kişi geyim markasını yaradıb, moda biznesinə girib. Şeyx yaşadığı şəhərdə fransız və ispan dillərini də mükəmməl öyrənmək üçün yüksək səviyyədə təhsil alıb.

Qeyd edək ki, Şeyx Sultan bin Məhəmməd Əl-Qasımi 1972-ci ildən Şarika şəhərini idarə edir. Onun böyük oğlu da 1999-cu ildə 24 yaşında yüksək dozada narkotik maddə istifadə etməsi səbəbilə ölüb.